Accessibility links

Tramp: ABŞ fermerləri Avropa bazarına çıxacaq [Video]


Tramp: ABŞ fermerləri Avropa bazarına çıxacaq
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Tramp: ABŞ fermerləri Avropa bazarına çıxacaq

Donald Tramp cümə axşamı Çinin ABŞ tariflərinə cavab olaraq lobya və digər məhsullara tətbiq etdiyi tariflərdən zərbə alan Ayova ştatının fermerləri qarşısında çıxış edərək Avropa razılaşmasının faydaları haqqında danışıb.

"Biz Avropa bazarına çıxış əldə etdik və bu Avropa üçün yaxşı bir şey olacaq. Həm də bizim və bizim fermerler üçün də yaxşı olacaq. Çünki, biz özümü üçün böyük bazar əldə etmişik.'' - deyə, ABŞ prezidenti qeyd edib.

Tramp bildirib ki, Avropa Çinin amerikalı fermerlərə zərər vurmaq istəməsinə görə qısa müddətdə və geniş miqdarda Amerikan lobyası almağa razı olub.

Donald Tramp Avropa Komissiyasının sədri Jan Klaud Yankerlə əldə etdiyi razılaşmanın detallarını açıqlamayıb. ABŞ Maliyyə Nazirliyi Stivin Mnuçin isə bu müqaviləni yalnız "prinsip razılaşması" olaraq təsvir edib.

Tramp və Yanker arasında Oval Ofisdə baş tutan görüşdən bir gün əvvəl ABŞ Kənd Təsərrüfatı Departamenti tariflərdən zərər çəkmiş amerikalı fermerlər üçün 12 milyard dollar həcmində maliyyə yardımı təklif etdiyini açıqlayıb.

Cümə axşamı Senatda keçirilən dinləmələrdə ABŞ Ticarət Nümayəndəsi Robert Laythayzerə niyə fermerlərə kömək təklif olunduğu halda iqtisadiyyatın tariflər səbəbindən zərər görmüş digər sahələrinə heç bir yardım təklif olunmadığı ilə bağlı sual verilib.

"Administirasiya düşünür ki, tariflərin əsas hədəfi kənd təsərrüfatı sahəsidir. Biz oyunun səviyyəsini bərabərləşdirməyə çalışırıq. Buna görə də prezident və kənd təsərrüfatı katibi bu proqramı işə salıb.'' - deyə, Robert Laythayzer bildirib.

Bununla belə bəzi fermerlər bildirib ki, maliyyə yardımı tariflərin onların həyatına etdiyi uzunmüddətli təsirini azaltmağa kömək etməyəcək.

"Mənim üçün bu böyük itkidir. Təkcə qiymətin düşməsinə görə yox, həm də bizim gələcək bazarımızın əlimizdən alındığı üçün.'' - deyə, Maykl adlı fermer bildirib.

Günortadan sonra Tramp İllinoys ştatının Qranit Siti şəhərində polad istehsalçılarına müraciət edərək bildirib ki, administrasiyası "Çinin təhqir dolu ticarət tariflərinə cavab olaraq" ən çətin tətbirləri həyata keçirir.

XS
SM
MD
LG