Accessibility links

2017-ci ilin göstəriciləri ABŞ iqtisadiyyatının artımda olduğunu göstərir [Video]


2017-ci ilin göstəriciləri ABŞ iqtisadiyyatının artımda olduğunu göstərir
please wait

No media source currently available

0:00 0:02:03 0:00

ABŞ işəgötürənləri dekabr ayında daha 148,000 yeni iş yerləri açıblar. Öncəki aylarla müqayisədə bu artım mülayim görünsə də, ölkə iqtisadiyyatının yeni ilə möhkəm iqtisadi göstərici ilə daxil olduğunu deməyə əsas verir. Buna baxmayaraq, təhlilçilər artımın yavaşlayacağından və şirkətlərin ixtisaslı kadrlar tapmaqda çətinlik çəkməyə davam edəcəyindən narahardırlar.

Dekabr ayında açılan yeni iş yerlərinin sayı gözləndiyi qədər olmasa da, 2009-cı ilin ortasından dirçəlməyə başlayan iqtisadiyyatın inkişafına davam etdiyinə işarədir.

Mark Hamrik, bankrate.com: “İndiki zamanda iş yerlərinin artımını görmək heyranedicidir. 2018-ci ildə də iqtisadiyyatın inkişafının eyni templə davam edəcəyinə inanmağa hər bir əsasımız var.”

Ortalama bir saata olan məvacib 2.5 faiz artıb və Afrikalı Amerikalıların işsizlik səviyyəsi tarixi rekord rəqəmə, 6.8 faizə düşüb. Peşəkar işəgötürmə agentlikləri deyir ki, rəqəmlər daha yaxşı ola bilərdi. Lakin şirkətlərin tələb etdiyi ixtisaslarla amerikalıların malik olduqları bacarıqlar arasında uyğunsuzluq narahatlıqlara səbəb olur.

Harli Lipman, Genesis10: “Birləşmiş Ştatlarda doldurulmayan yüzminlərlə İnformasiya Texnologiyası vakansiyaları var.”

Genesis10 adlı İT sahəsində işəgötürmə agentliyinin rəhbəri Harli Lipman bacarıqlarda olan boşluğa görə 2008-ci ilin maliyyə böhranını günahlandırır.

Harli Lipman, Genesis10: “Böyük tənəzzüldən sonra təlim proqramları ixtisara düşdü və indi şirkətlər həmin təlimləri geri qaytarmaqda həvəssizdirlər. Xüsusilədə səhmdarları olan şirkətlər. O şirkətlər məsrəflərin azaldılması ilə bağlı böyük təzyiqlər altındadır. Ona görə də, təlimlər diqqətdən kənarda qalır.”

Lipman deyir ki, müvafiq təlimlər keçmiş işçilərin tapılması məşğulluğun səviyyəsi artıqca daha da mürəkkəbləşəcək. O əlavə edir ki, yeganə çıxış yolu bizneslərin təlim keçirmələrini həvəsləndirmək yollarını tapmaqdır. Lakin iş yerlərinin artımını kölgə altına salan digər meyarlar da var. Məsələn, siyasi qeyri-müəyyənlik.

Mark Hamrik, bankrate.com: “Mən fikirlərşirəm ki, il davam etdikcə maliyyə bazarları və bizneslər aralıq seçkiləri ilə əlaqəli risklərə diqqət yetirəcəklər. Bu isə, ABŞ iqtisadiyyatının inkişafını yavaşlada biləcək maneələri yarada bilər.”

Yumşaldıcı faktor Tramp administrasiyasının vergi ixtisarının icrası ola bilər. Bəzi təhlilçilər deyirlər ki, bu sərmayələrin artımı, iş yerlərinin açılması və müştərilərin daha çox pul xərcləməsinə yardım edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG