Accessibility links

ABŞ iqtisadiyyatının artım statistikası açıqlandı


İqtisadçılar ABŞ iqtisadiyyatının 2-ci rüb üçün göstəricilərini qənaətbəxş saymır

Amerikalılar istehlakçı xərclərini azaltdıqları üçün aprel, may və iyun aylarında ABŞ-da iqtisadiyyat nisbətən ləng inkişaf edib.

Maliyyə Nazirliyinin cümə günü çıxan hesabatından məlum olur ki, dünyanın ən böyük iqtisadiyyatının illik göstəricisi ikinci rübündə 1.5 faiz genişlənmişdir. Bu ilin ilk bir neçə ayı ilə müqayisədə bu göstərici daha aşağıdır. Həmçinin bu rəqəm ABŞ-ın yüksək işsizlik səviyyəsini aşağı salmaq üçün çox azdır.

Avropada yaşanılan maliyyə böhranı Amerikada istehsal olunan mallara təlabatı azaldıb. İqtisadçılar həmçinin narahatdılar ki, seçki ilində Vaşinqtonda baş verən siyasi gərginlik sərmayəçilər və istehlakçılar arasında olan etimada pis təsir göstərəcək və ola bilsin ki, sərt büdcə kəsirlərinə yol açaraq iqtisadi təlabatı aşağı salacaq.

Gələn həftə iqtisadi artımı sürətləndirmək və əlavə tədbirləri müzakirə etmək üçün ABŞ mərkəzi bankının yüksək səviyyəli rəsmiləri müntəzəm olaraq nəzərdən keçirdikləri iqtisadi məlumatları müzakirə edəcəklər.
XS
SM
MD
LG