Accessibility links

ABŞ-ın siyasi karikaturaçıları [Video]


ABŞ-ın siyasi karikaturaçıları
please wait

No media source currently available

0:00 0:01:58 0:00

ABŞ-da prezidentliyə namizədlər nəinki xəbərlərdə diqqət mərkəzindədir, onlar həmçinin siyasi karikaturaçılar üçün hədəfə çevriliblər. Namizədlərin fiziki görünüşü və şəxsiyyəti satiraçılar üçün potensial mövzulardır.

Siyasi karikaturaçılar üçün bu seçki ili heç vaxt bu qədər asan olmayıb.

Respublikaçı namizəd milyarder Donald Trampın qeyri-adi şəxsiyyəti var. O özünə senzura tətbiq etmir.

Met Uerker: “Əlbəttə ki, siz onun saçlarıyla başlayırsınız. Sarı kadmium ilə al-qırmızının qarışığı rəngdədir və bu portağal rənginə bənzəyir. Siz onun saçını nəyin üstünə qoysaz, üç yaşlı uşaq belə Donald Tramp deyəcək.”

Karikaturaçı Maykl Kavna bununla razılaşır.

“Onu təsvir etmək asandır. 70 yaşlı şarın üzərinə təbiətdə mövcud olmayan xüsusi rəngli saç.”

Ölkənin ilk qadın namizədi də həmçinin karikaturaçıların hədəfindədir.

Met Uerker: “Onun gülməli yanaqları var. O güldüyü zaman elə bil yanaqlar təbii deyil və dairə əmələ gəlir. Gözlərinin altını şişirtmək və ya qırış qoymağa ehtiyac qalmır.”

Lakin digər karikaturaçılar, xüsusilə də xaricdə olanlar Rusiyalılar kimi deyil.

Met Uerker: “Bilirsiz, siz istəsəniz ona qarşı qəzəbli ola və onu çirkin göstərə bilərsiniz. Lakin mən bunu etməməyi seçdim. Çünki düşünürəm ki, bu karikaturaçılığa yaraşmır.”

Siyasi karikaturaçılar sadəcə ictimai fiqurların rəsmini çəkən sənətkarlar deyil.

Karikaturaçılar siyasi prosesi izləyir və onları dilə gətirmək üçün xüsusiyyətlər tapır. Hillarinin mühafizəkar olması onun şalvar geyməsiylə, Trampın özünəməxsus nitqlərə sahib olması isə onun saçları ilə simvolikləşdirilərək bu ilki prezident seçkilərinə satirik rəng qatır.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG