Accessibility links

ABŞ rəsmiləri tələblərinin dəyişmədiyini bildirir [Video]


ABŞ rəsmiləri tələblərinin dəyişmədiyini bildirir
please wait

No media source currently available

0:00 0:02:04 0:00

ABŞ rəsmiləri tələblərinin dəyişmədiyini bildirir

Son illərin ən böyük zirvə toplantısından əvvəl ABŞ və Şimali Koreyanın nümayəndə heyətləri Sinqapurdakı oteldə bir araya gəliblər.

ABŞ Dövlət katibi Mayk Pompeonun sözlərinə görə, danışıqlar gözləniləndən daha sürətlə irəliləyir və ABŞ-ın tələbləri də dəyişilməyib.

“Koreya yarımadasının tam, yoxlanıla bilən şəkildə nüvəsizləşdirilməsi ABŞ-ın qəbul edəcəyi yeganə nəticədir." - deyə, cənab Pompeo bildirib.

Buna baxmayaraq Mayk Pompeo nüvəsizləşdirmə ilə bağlı ABŞ və Şimali Koreya arasındakı danışıqlarda razılaşmanın olub-olmamasını söyləməkdən imtina edib.

Prezident Donald Tramp Sinqapura gəldikdən sonra Kim Conq Unla baş tutacaq zirvə toplantısı haqqında çox az danışıb. Bazar ertəsi Sinqapurun baş naziri ilə görüşdən sonra Donald Tramp qısaca olaraq görüşün yaxşı keçəcəyini düşünüyünü bildirib.

Şimali Koreya lideri də həmçinin çərşənbə axşamı keçirələcək toplantı ilə bağlı çox fikir söyləməyib. O tək ictimai rəyləri Sinqapurun səlahiyyətli üzvləri ilə olub.

İndiki vəziyyətdə Trampın Sentosa adasındakı Capella otelində Kim ilə nələri müzakirə edəcəyi tam aydın deyil.

“Düşünürəm ki, hər iki tərəf bir hədəfə doğru hərəkət edən aralıq addımlar ata bilər. Amma hazırkı vəziyyətdə bunu bilməyin çətin olduğunu düşünürəm. Hər iki lider özlərinin gözlənilməz olduğu ilə tanınır." - deyə, Sinqapur Dövlət Universitetinin nümayəndəsi Ya Yan Çonq bildirib.

ABŞ rəsmiləri isə Trump-Kim görüşündən sonra elan ediləcək böyük və hərtərəfli bir razılaşmanın gözləntisini aşağı salır.

“Bu müzakirələr ardınca davam edəcək çətin iş üçün təməl rolunu oynayacaq." - deyə, cənab Pompeo qeyd edir.

Pompeo həmçinin müzakirələrin nəticəsinin uğurlu olacağı ilə bağlı "çox optimist" olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG