Accessibility links

ABŞ-da Zika virusuna 14 yeni yoluxma halı qeydə alınıb


ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzi Birləşmiş Ştatlarda Zika virusuna 14 yeni yoluxma halı ilə bağlı təhqiqat aparıldığını bildirib. Xəstəliyə yoluxmanın cinsi yolla keçdiyi güman edilir.

Qərargahı Atlantada yerləşən Mərkəzin yayımladığı bəyanatda deyilir ki, yeni hesabatda Zika virusuna yoluxma hallarının əvvəl təxmin edildiyindən daha çox cinsi yolla baş verdiyi göstərilir.

Virusa yoluxmuş 14 qadının cinsi əlaqədə olduğu kişilərin Zika virusunun yayıldığı bölgələrə səfər etməsi bu ehtimalı daha da gücləndirib. Qadınlardan bəzisinin hamilə olduğu deyilir.

Əsgərlər və tibbi personal Zika virusunun yayılmasının qarşısının alınması məqsədilə yoxlama keçirir, Braziliya
Əsgərlər və tibbi personal Zika virusunun yayılmasının qarşısının alınması məqsədilə yoxlama keçirir, Braziliya

Mərkəzin 16 üzvü Braziliyanın şimal-şərqində Joao Pessoa şəhərində virusun yayıldığı episenterdə fəaliyyət göstərir.

Qrup Zika virusunun anadan olan uşaqlarda anormallıqlara səbəb olub-olmadığını araşdırır.

Zika virusuna cinsi yolla yoluxma hallarına baxmayaraq, tibb mütəxəssisləri virusun yayılmasının əsas mənbəyinin ağcaqanadlar olaraq qaldığını qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG