Accessibility links

ABŞ-da ilk seçki debatına iki namizəd dəvət edilib


ABŞ-da seçki debatlarının təşkili lə məşğul olan qeyri-kommersiya təşkilatı bəyan edib ki, sentyabrın 26-da keçiriləcək debatda yalnız iki əsas partiyanın namizədinin iştirakına icazə veriləcək.

Seçki Debatları Komissiyasınən verdiyi məlumata görə, Respublikaçı namizəd Donald Tramp və Demokrat rəqibi Hillari Klinton tələb olunan göstəricini adlaya bilib. Belə ki, debatlara qatılmaq imkanı əldə etmək üçün namizədlər komissiyanın seçdiyi 5 ictimai rəy sorğusunda ən azı 15 faiz dəstəyə malik olmalıdırlar.

Libertarian Partiyasının namizədi Qari Conson (8.4 faiz) və Yaşıllar Partiyasından Cill Steyn (3.2 faiz) tələb olunan kvotanı keçə bilmədikləri üçün debatlara qatılmaq imkanı əldə edə bilməyiblər.

Seçki Debatları Komissiyası sorğuların nəticələrinə əsasən Klintonun 43, Trampın isə 40.4 faiz dəstəyə malik olduğunu bildirib.

Libertarian Partiyasının namizədi Qari Conson (8.4 faiz) və Yaşıllar Partiyasından Cill Steyn (3.2 faiz) tələb olunan kvotanı keçə bilmədikləri üçün debatlara qatılmaq imkanı əldə edə bilməyiblər.

Nəzərinizə çatdıraq ki, sentyabrın 26-da ABŞ telekanalları ilə canlı yayımlanacaq ilk seçki debatı Nyu-Yorkun şima-şərqindəki Hempstid şəhərində Hofstra Universitetində təşkil ediləcək.

Komissiya habelə bəyan edib ki, demokrat və respublikaçı vitse-prezidentliyə namizədlər Virciniya qubernatoru Tim Keyn və İndiana qubernatoru Mayk Pens oktyabrın 4-də keçiriləcək debatın yeganə iştirakçıları olacaq. Vitse-prezidentlərin debatı Virciniyanın Farmville şəhərindəki Lonqvud Universitetində keçiriləcək.

"Deməliyəm ki, CPD-nin (Seçki Debatları Komissiyası) mənim adımı ilk debatlara daxil etməməsi mənə çox qəribə gəldi" - deyə Qari Conson açıqladığı bəyanatda bildirib.

Yaşıllar Partiyası isə debatların keçiriləcək məkanların önün tədbirlər təşkil edəcəyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG