Obama administrasiyası Kuba ilə əlaqələri normallaşdırmaq istiqamətində daha bir addım ataraq, iki ölkə arasında bərə nəqliyyatı xidmətini bərpa edir.
ABŞ-ın Maliyyə nazirliyi azı dörd şirkətə Floridanın cənubundan Havanayadək 150 kilometrlik yol boyu bərə ilə sərnişin və yük daşınması üçün lisenziya verib.
ABŞ-da fəaliyyət göstərən JetBlue hava yolları şirkəti iyul ayndan etirbarən Nyu-York şəhəri və Havana arasında çarter reysləri təşkil edəcəyini açıqlayıb.
ABŞ və Kuba arasında bərə xidməti 1959-cu ildə Fidel Kastronun başçılıq etdiyi kommunist inqilabından öncə fəaliyyət göstərirdi. Kubaya səyahət etmək istəyən ABŞ vətəndaşları qaydalar çərçivəsində, təhsil və mədəni turlar yolu ilə ölkəni ziyarət edə bilirdi.