Accessibility links

ABŞ Kremlin baş müstəntiqi və başqa 6 nəfərə qarşı sanksiyalar tətbiq edib


Rusiya prezidenti Vladimir Putin, təhqiqat komitəsinin başçısı Aleksandr Bastrıkinlə Kremldə
Rusiya prezidenti Vladimir Putin, təhqiqat komitəsinin başçısı Aleksandr Bastrıkinlə Kremldə

Rusiya ABŞ-ın ölkə rəsmilərinə qarşı sanksiyaları tətbiq etməsini tənqid edərək, bu addımın iki ölkə arasında münasibətləri daha da gərginləşdirəcəyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov müxbirlərə deyib ki, Rusiya prezident Barak Obamanın hakimiyyətdə iki dönəmində münasibətlərin pisləşməsinə görə təssüf hissi keçirir və gələcəkdə müsbət inkişafların olacağına ümid bəsləyir.

Kremlin sözçüsü Dmitri Peskov
Kremlin sözçüsü Dmitri Peskov

ABŞ Rusiyanın baş müstəntiqi və daha dörd nəfərə qarşı Dövlət Departamentinin bildirdiyi kimi, "insan hüquqları sahəsində ciddi pozuntularla əlaqədar" sanksiyaların tətbiq edildiyini bazar ertəsi günü elan edib.

Beş nəfər və Hizbullah qrupu ilə əlaqəsi olduğu deyilən daha iki şəxsə qarşı Maqnitski aktına əsasən sanksiyalar tətbiq edilib.

Beş nəfərə qarşı "Rusiyanın repressiv hüquq-mühafizə sistemində roluna", başqalarına isə "insan hüquqları sahəsində ciddi pozuntulara görə" sanksiyalar tətbiq edilib
Con Körbi

ABŞ rəsmiləri yeddi nəfərə qarşı məhz nəyə görə sanksiyaların irəli sürüldüyünü açıqlamayıb. Lakin Dövlət Departamentinin sözçüsü Con Körbi deyib ki, "bu şəxslərin adları geniş araşdırmadan sonra" siyahıya əlavə edilib.

Körbi bildirib ki, beş nəfərə qarşı "Rusiyanın repressiv hüquq-mühafizə sistemində roluna", başqalarına isə "insan hüquqları sahəsində ciddi pozuntulara görə" sanksiyalar tətbiq edilib.

ABŞ Dövlət Departamentinin Con Körbi
ABŞ Dövlət Departamentinin Con Körbi

Sanksiyaların tətbiq olunduğu şəxslər arasında Kremlin baş müstəntiqi və dissidentlərə qarşı təqiblərə başçılıq etmiş Aleksandr Bastrıkin də var.

Siyahıya adları salınmış daha iki nəfər isə Andrey Luqovoy və Dmitri Kovtundur. Onlar 2006-cı ildə Kremlin tənqidçisi olmuş Rusiya kəşfiyyatçısı Aleksandr Litvinenkonun zəhərlənərək qətlə yetirilməsində əsas şübhəlilərdir.

44 nəfərin Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulub və onların ABŞ-dakı hesabları dondurulub. Amerika vətəndaşlarının bu şəxslərlə hər hansı maliyyə transaksiyası keçirməsinə də qadağa qoyulub.

Maqnitski Aktı qanunu Rusiyada korrupsiya əleyhdarı Sergey Maqnitskinin xatirəsinə adlandırılıb. O, 2009-cu ildə bir il həbsxanada olduqdan sonra vəfat edib.

Rusiya təhqiqatçıları Maqnitskinin ölümünün cinayət tərkibi daşıdığını istisna ediblər.

Lakin ABŞ Dövlət Departamenti Maqnitskinin həbsxanada döyüldüyü və onun səhhətinin pisləşdiyinə dair kifayət qədər dəlil olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG