Accessibility links

ABŞ-ın xarici yayım şirkətlərinin yenidən təşkili prosesi gedir


ABŞ hökumətinin xarici yayım şirkətlərinin nəzarəti yaxın zamanlarda prezident Barak Obama tərəfindən imzalanacağı gözlənilən qanun layihəsinə əasən geniş səlahiyyətlərə malik yeni rəhbərə veriləcək.

Bu dəyişikliklər keçən həftə Konqresin hər iki palatasında qəbul edilmiş 2017-ci il üçün milli müdafiə aktına əsasən edilir.

Qanun layihəsində ABŞ hökumətinin Amerikanın Səsi və başqa kütləvi informasiya vasitələrinin işinə görə məsuliyyət daşıyan yayım məsələləri üzrə İdarəetmə Şurasının yenidən təşkili nəzərdə tutulur.

Konqresmen Ed Roys
Konqresmen Ed Roys

Yayım məsələləri üzrə İdarəetmə Şurasının işinə nəzarət edən hər iki partiyanın üzvlərindən ibarət doqquz nəfərlik komissiyanı qərar qəbul etmək səlahiyyəti olmayan kiçik məsləhət şurası əvəz edəcək. Komissiyanın səlahiyyətləri isə yenin icraedici direktora veriləcək. Bu vəzifə 2015-ci ilin sentyabr ayında təsis edilib. Onun namizədliyi ABŞ prezidenti tərəfindən irəli sürüləcək və Senat tərəfindən təsdiq ediləcək.

Qanun layihəsinin tərəfdarları hesab edir ki, bu dəyişikliklər işlərin gedişinin sürətləndirilməsinə xidmət edəcək və uzun müddətdir səmərəli işləmədiyinə görə tənqidlərlə qarşılaşmış yarım-ştat rejimində çalışan komissiyanın əvəz edilməsi ilə nəticələnəcək.

Amerikanın Səsinin Vaşinqtondakı qərargahında xəbər mərkəzi
Amerikanın Səsinin Vaşinqtondakı qərargahında xəbər mərkəzi

Lakin tənqidçilər komissiyanın Yayım üzrə İdarəetmə Şurasının nəzdindəki agentliklərdə çalışan jurnalistlər və siyasi establişment arasında baryer rolunu oynadığını deyərək, onun ləğvinin müstəqil jurnalistika fəaliyyətinə təsir göstər biləcəyini bildirir.

Qanun layihəsinin əsas tərəfdarı olan respublikaçı konqresmen Ed Roys Yayım üzrə İdarəetmə Şurasında islahatların çoxdan edilməsi olduğunu bildirib.

Qanun layihəsinin mətni prezident seçkilərindən öncə tərtib edilib və Obama administrasiyasının dəstəyini alıb. Lakin Şuranın Obama tərəfindən təyin edilmiş üzvü Maykl Kmpner bunun səhv olduğunu bildirib.

Mediada bəzi məlumatlarda yeni dəyişikliklər nəticəsində Amerikanın Səsi kimim yayım şirkətlərinin prezident seçilmiş Donald Trampın ruporuna çevrilə biləcəyi qeyd edilib.

Lakin Şuranın hazırkı prezidenti Con Lensinq onun hələ də müstəqilliyini saxladığını bildirib. O, işçilərə bu ay göndərdiyi email-də yazıb ki, “jurnalistlərin müstəqilliyi və bütün dünyada reputasiyasının qorunması böyük əhəmiyyət daşıyır.”

XS
SM
MD
LG