Accessibility links

ABŞ-ın nüfuzlu universitetində atışma olub


ABŞ-ın nüfuzlu Los Anceles Kaliforniya Universitetində (UCLA) odlu silahdan açılan atəş nəticəsində iki nəfərin öldürülməsi rəsmiləri kampusu ictimaiyyətə qapamağa məcbur edib.

"Bilirsiniz, açığını desəm bu bizi şoka salıb. Burada belə hadisənin baş verəcəyini gözləmirdik. Hər gün xəbərlərdə oxşar xəbərlər eşidib onlara təəccüblənirik. Ancaq indi bu insident burada baş verir. Dəhşətdir." - deyə universitet tələbələrindən Ceyson Naderi bildirib.

Hüquq-mühafizəçiləri Los Angeles Times-a deyib ki, ilkin dəlillər tələbə olmaq üçün çox gənc olan bir oğlanın professoru güllələdikdən sonra özünə də atəş açdığını göstərir.

Atışma kampusun mühəndislik binasının kiçik ofislərindən birində baş verib. Los Anceles polis rəisi Çarli Bek deyib ki, silah intihar məktubu ehtimal olunan vərəqin yanında aşkar edilib. Polis hələlik həmin şəxslərin kimliyini açıqlamayıb.

İnsident universitetdə yay imtahanlarının başlamasına 1 həftə qalmış yaşanıb.

XS
SM
MD
LG