Accessibility links

Türkiyəli admiral ABŞ-da sığınacaq axtarır


Birləşmiş Ştatlarda türkiyəli admiral yoxa çıxıb və onun Türkiyə dövlət orqanaları tərəfindən Türkiyəyə geri dönüb hərbi casusluq ittihamları ilə məsuliyyətə cəlb olunması üçün axtarışa veriləndən sonra ABŞ-dan siyasi sığınacaq istədiyi bildirilir.

Virciniya ştatınınn Norfolk şəhərində qərargahlanan NATO-nun Müttəfiq Transformasiya Komandanlığında çalışan Türkiyə Hərbi Dəniz Donanmasının kontr-admiralı Mustafa Uğurlunun iyulun 22-də sığınacaq üçün şəxsiyyət sənədlərini təsdiq edəndən sonra yoxa çıxdığı deyilir.

Uğurlu ötən ay uğursuz nəticələnən çevriliş cəhdindən sonra Türkiyə dövlət orqanları tərəfindən Türkiyəyə geri çağırılıb. Türkiyə rəsmisi Reuters xəbər agentliyinə bildirib ki, Birləşmiş Ştatlarda çalışan digər iki türkiyəli zabit də çevriliş cəhdindən sonra Tükiyəyə geri çağırılıb, ancaq heç birin həbsi ilə bağlı qərar çıxarılmayıb.

ABŞ Hərbi Dəniz Donanmasının rəsmisi Birləşmiş Ştatlarda 100-dən çox türk ordusunun personalı olduğunu bildirib. Onların bəziləri NATO-nun hərbi bazasında fəaliyyət göstərir, bəziləri isə ABŞ-ın hərbi müəssisələrinin mübadilə proqramlarında iştirak edir.

Uğurlu iyulun 22-də vəzifəsindən azad edilən yüzlərlə türk ordusu zabitindən biridir.

Uğurludan əlavə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanda çalışan iki polkovnikin də uğursuz çevriliş cəhdinin ardınca geri çağırılandan sonra İtaliyaya qaçdığını bildirib. Çavuşoğlu Türkiyədə fəaliyyət göstərən özəl NTV kanalına verdiyi müsahibədə bu iki kişi, hərbi dəniz donanması və quru qüvvələr podpolkovniklərinin şənbə günü avqust ayının 6-da ailələri ilə birlikdə bərə vasitəsilə qaçdıqlarını deyib.

Çavuşoğlu İtaliyaya bu kişilərlə bağlı xəbərdarlıq edib və onların Türkiyəyə geri göndərilməsinə çağırıb.

Dövlət Departamenti, Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri, Milli Təhlükəsizlik Departamenti kimi ABŞ qurumları hələ ki, Uğurlu ilə bağlı heç bir şərh verməyib. NATO jurnalistləri Uğurlu ilə bağlı məlumat almaq üçün Türkiyə hökümətinə yönəldib.

Türkiyədə Uğurlu bir sıra digər hərbi donanma zabitləri ilə birgə 2011-ci ilfdə İzmirdə baş verın

Uğurlunun işi Birləşmiş Ştatlar və Türkiyə arasındakı münasibətləri daha da gərginləşdirə bilər.

Ankara bundan öncə Birləşmiş Ştatlarda sürgündə yaşayan müsəlman din xadiminin ekstradisiyasını tələb edib.

Türkiyə höküməti ABŞ-ın Pennsilvaniya ştatında yaşayan Fəthullah Güləni prezident Rəcəb Tayyib Ədoğanı devirmək planın arxasında durmaqda günahlandırır.

Birləşmiş Ştatlar isə cavab olaraq bildirib ki, ABŞ-ın Güləni Türkiyəyə geri göndərilməsinə haqq qazandırması üçün rəsmi Ankaranın Gülənə qarşı sübutu olmalıdır.

XS
SM
MD
LG