Accessibility links

Əfqanıstanda İŞİD-ə qoşulanların sayı artır


Gənclər arasında işsizlik və yoxsulluq bunun əsas səbəblərindəndir

Əfqanıstanın Nanqarhar vilayətində onlarla gəncin İŞİD sıralarına qoşulması ciddi narahatlıqlara səbəb olub.

Nanqarharın Mədəniyyət və İnformasiya departamentinin direktoru Matiullah Əhmədzai Amerikanın Səsinə bildirib ki, işsizlik və yoxsulluq bunun əsas səbəblərindəndir.

Son iki il ərzində hökumətin səhlənkarlığı üzündən yüzə yaxın gənc İŞİD sıralarına cəlb edilib

O, vilayətdə iş imkanları yaradılmasa, daha çox gəncin İŞİD və ya digər ektremist qrupların sıralarına qoşulacağına dair dərin narahatlığın mövcud olduğunu bildirib.


Açin vilayətinin gənclərlə əlaqələr şöbəsinin rəhbəri Həbibullah Qədiri təkcə bu vilayətdən onlarla gəncin İŞİD-ə qoşulduğunu deyib.

Amerikanın Səsi deyilənləri müstəqil olaraq təsdiq edə bilməyib.

"Son iki il ərzində hökumətin səhlənkarlığı üzündən yüzə yaxın gənc İŞİD sıralarına cəlb edilib. Onlar nə məktbələrə gedir, nə də iş tapır"- deyə, Qədiri əlavə edib.

​Hökumət rəsmiləri isə bu iddiaları rədd edir.

Nanqarhaq vilayətinin hökumət sözçüsü Ataullah Xoqyani Amerikanın Səsinə bildirib ki, yüzlərlə gəncin İŞİD sıralarına qoşulması xəbər doğru deyil, xüsusilə də hökumətin maarifləndirmə proqramını həyata keçirdiyi Açin vilayətində.

İşsizlik barədə rəsmi statistik göstəricilər mövcud deyil, lakin Əfqanıstan hökumətinin bir rəsmisi işsizliyin 30-la 40 faiz arasında olduğunu deyib.

Ekspertlər deyir ki, işsizlik İŞİD-in gəncləri sıralarına cəlb etməsində ən güclü alətdir.

Yüzlərlə gəncin İŞİD sıralarına qoşulması xəbər doğru deyil, xüsusilə də hökumətin maarifləndirmə proqramını həyata keçirdiyi Açin vilayətində

Kabil Universitetinin professoru Tac Məhəmməd Əkbər isə Amerikanın Səsinə bildirib ki, gənclər ektremistlərin sıralarına ailələrini dolandırmaq üçün qoşulur.

"Bunun qarşısını almaq üçün hökumət ya iş yerləri yaratmalı, ya da yaşayış xərclərini azaltmalıdır " o əlavə edib.

Vilayət Şuralarının rəsmiləri Nanqaharda İŞİD-in döyüşlərə gəncləri cəlb etdiyini təsdiq edib.

Kunar vilayətində də eyni narahatlıqlar mövcuddur.

İslam Dövləti qrupu 2015-ci ildən Əfqanıstan və Pakistanın dağlıq bölgələrində yayılmağa başlasa da, Nanqarharda mövqe salıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG