Accessibility links

Kabildə kamikadze hücumu nəticəsində 6 adam həlak olub


Əfqanıstanın paytaxtı Kabildə kamikadze hücumu nəticəsində 6 adam həlak olub. Hadisə nəticəsində 22 adam yaralanıb.

Rəsmilər ölənlər arasında bir əsgərin olduğunu bildirir. Digərləri mülki vətəndaşlar olub.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Hadisə minlərlə siyasətçi və qəbilə başçılarının toplantı keçirdiyi rayona yaxın yerdə baş verib. Nümayəndələr ABŞ-la təhlükəsizlik razılığını müzakirə edirdi.

Razılığa əsasən Amerika qüvvələri 2014-cü ildə beynəlxalq qüvvələrin çıxarılmasından sonra Əfqanıstanda qala biləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG