Accessibility links

Amnesty International: Əfqanıstan hökuməti qadınların müdafiəsi üçün heç bir iş görmür


Amnesty International-ın bildirdiyinə görə, Əfqanıstan hökuməti qadınlara qarşı artmaqda olan zorakılıqların qarşısının alınması üçün heç bir iş görmür.

Təşkilatın hesabatında həm hökumət, həm də beynəlxalq ictimaiyyətin qadın hüquqlarının müdafiəsinə qalxan əfqan qadınlarına arxa cevirdiyini bildirilir.

Qadın müdafiəçilərini ən çox Taliban yaraqlı qrupu hədəf alır. Hökumət rəsmiləri və yerli komandirlər qadınlara qarşı zorakılıqlara dəstək verir.

Araşdırdığımız 50 haldan yalnız 1-i ilə bağlı iş qaldırılıb

​Qadın insan hüquqları müdafiəçiləri, siyasətçilər, hüquqşünaslar, jurnalist və müəllimlər hədələrlə üzləşir.

Amnesty International-ın hesabatında deyilir ki, polis qüvvələrində xidmət göstərən qadınlar belə təzyiqlər altındadır.

Amnesty International-ın əməkdaşı Horia Mosaqin dediyinə görə, 50 qadınla keçirilən müsahibələrdən səlahiyətli nümayəndələrin qadınlara qarşı təhdidlərə məhəl qoymadıqları aydın olub.

​“Araşdırdığımız 50 haldan yalnız 1-i ilə bağlı iş qaldırılıb. Bu, Əfqanıstan hökuməti, hüquq-mühafizə orqanları və ədliyyə sisteminin qadınları müdafiə etmədiyinin göstəricisidir.”

Təşkilat bildirir ki, 2001-ci ildə beynəlxalq hökumətlərin qadın hüquqlarının müdafiəsi proqramlarına yüz milyonlarla dollar məbləğində vəsait ayırmasına baxmayaraq, bu sahədə heç bir görülməyib.

Konkret ölçülər götürülməsə vəziyyət daha da ağırlaşacaq

Çox hallarda qadınlara qarşı zorakılıqlar və təzyiqlər barədə şikayət edənlər təhdidilərə məruz qalır.

Mosadiq Amnesty International-ın prezident Əşrəf Qani də daxil edilməklə, Əfqanıstanın yüksək səlahiyyətli rəsmiləri ilə tez-tez görüşlər keçirdiyini, lakin bu sahədə hələ də konkret addımlar atılmadığını deyib.

Mosadiq xarici qüvvələrin ölkədən çıxarılması, Talibanın hücumları və İslam Dövlətinin fəaliyyətləri şəraitində qadın fəallarına qarşı zorakılıqların artacağı barədə xəbərdarlıq verib.

“Təəssüflər olsun ki, Əfqanıstanda qadınların müdafiəsinə dair gələcək yaxşı görünmür. Konkret ölçülər götürülməsə vəziyyət daha da ağırlaşacaq.”

Əfqanıstanda qadınların müdafiəsi proqramları həyata tətbiq edilmir. Qanunlar isə yalnız kağız üzərində qalmaqdadır.

XS
SM
MD
LG