Accessibility links

Kansler Angela Merkel Əfqanıstanda Almaniya əsgərlərinə baş çəkib


Almaniya kansleri Angela Merkel Əfqanıstanın Kunduz vilayətində alman əsgərlərlə söhbət edir
Almaniya kansleri Angela Merkel Əfqanıstanın Kunduz vilayətində alman əsgərlərlə söhbət edir

Almaniya kansleri Angela Merkel Əfqanıstanında şimalında Almaniya əsgərlərinin yerləşdiyi Kunduz vilayətinə əvvəlcədən elan edilməmiş səfər edib. Xanım Mekler səfəri zamanı həmçinin Əfqanıstan prezident Həmid Karzai, ABŞ və NATO qüvvələrinin ölkədəki komandanı general Deyvid Petreasla görüşüb. Almaniyanın Əfqanıstanda 4700 əsgəri qüvvəsi var. Almaniya kansleri Əfqanıstanda olduğu zaman ölkənin müxtəlif yerlərində zorakılıqlarda azı iki nəfər həlak olub, çox sayda adam yaralanıb. NATO rəsmilərinin bildirdiyinə görə, ölkənin cənubunda Qəndəhar vilayətində maşında bombanın parlaması nəticəsində azı bir uşaq ölüb, 11 uşaq yaralanıb. Əfqan rəsmiləri hücumun intiharçı tərəfindən həyata keçirildiyini və rayon başçısının hədəf alındığını bildirirlər. Rayon başçısı hücumdan sağ çıxmış, lakin bir nəfər həlak olmuşdur. Əfqanıstanın şimalında Bəlx vilayətində yol tikinti işləri gedən vaxt silahlı şəxslərin hücumu zamanı bir nəfər banqladeşli mühəndis həlak olub. Polis daha iki işçisinin girov götürüldüyünü deyib. NATO rəsmiləri bununla yanaşı koalisiya qüvvələrinin iki əsgərinin həlak olduğunu bildirirlər. Onların sözlərinə görə, əsgərlərdən biri Əfqanıstanın şərq bölgəsində üsyançıların hücumu zamanı, ikinci əsgər isə ölkənin cənubunda bomba hücumu zamanı həlak olub.

XS
SM
MD
LG