Accessibility links

ABŞ-ın Əfqanıstandakı hərbi bazasına hücum edilib


İntiharçının partlayıcı maddə ilə dolu maşını Birləşmiş Ştatların Əfqanıstandakı Çapmen hərbi bazasının girəcəyi yaxınlığında partlatması nəticəsində bir hərbiçi və iki mülki vətəndaş ölüb.

Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb. Taliban sözçüsü Zabihulla Mücahid 100-dən çox düşmənin qətlə yetirildiyini və ya yaralandığını bildirib. Bu yaraqlı qrup itkilərlə bağlı rəqəmləri şişirtməklə tanınır.

2009-cu ildə də həmin hərbi bazada Əl-Qaidə ilə əlaqəsi olan bir agentin törətdiyi intiharçı hücumu zamanı Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat Agentliyinin yeddi və İordaniya kəşfiyyatının bir əməkdaşı ölmüşdü.

Hücumun həyata keçirildiyi ABŞ hərbi bazası Pakistanla sərhəddəki qaynar bölgədə - Xost şəhərində yerləşir.

Bu gün baş vermiş hücum əfqan milliyətli qadın polis işçisinin Amerikanın Kabildəki məsləhətçisini qətlə yetirməsindən iki gün sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG