Accessibility links

Taliban lideri Mövlavi Heybətulla Axundzadə ABŞ-a xəbərdarlıq edib


Talibanın Əfqanıstandakı lideri deyib ki, əlavə qoşun göndərməklə Birləşmiş Ştatlar səhv edəcək, çünki üsyançılar ölkələrinin işğalına qarşı sona qədər mübarizə aparacaqlarına and içib.

Mövlavi Heybətulla Axundzadə mesajla bu gün, müqəddəs Ramazan ayının sona çatmasına həsr edilmiş Eyd-ül Fitr mərasimi ərəfəsində çıxış edib. “Əgər siz ordunu artırmaqla və hərbi müdaxilə ilə bizim əzmimizin sınacağını düşünürsünüzsə, yanılırsınız. Kabilin yararsız administrasiyasının istəyi ilə davam edən işğal problemin həlli demək deyil” deyə, Axundzadə bildirib.

Mövlavi Heybətulla Axundzadə eləcə də, Birləşmiş Ştatların ölkədəki mövcudluğunun sabitliyi daha da pozduğunu bildirib. O, Əfqanıstanda sülhün bərpasına maneənin əsasən xarici qüvvələrin olduğunu deyib. Taliban hər hansı sülh danışığında iştirak etməzdən əvvəl NATO qüvvələrinin ölkəni tərk etməsini tələb edir.

Bu yaxınlarda prezident Donald Tramp müdafiə naziri Cim Mattisə Taliban yaraqlıları ilə mübarizədə Əfqanıstan ordusuna yardım məqsədilə Birləşmiş Ştatların bu ölkədəki 8 400 nəfərdən ibarət əsgəri qüvvəsinə əlavə bir neçə min əsgər göndərməsinə icazə verib. Birləşmiş Ştatların ordusunun fikrincə, Kabil hökuməti yalnız Əfqanıstanın 60 faizinə nəzarət edir.

Talibanın lideri Axundzadənin bəyanatı Helmənd vilayətində 34 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən intiharçı hücümundan bir gün sonraya təsadüf edir.

Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələri
Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələri

Təhlilçilərin fikrincə, Birləşmiş Ştatların əlavə qüvvə ilə bağlı xəbərdarlığı və Talibanın zorakılıqların artıtılması ilə bağlı kampaniyası çox yaxın zamanda Əfqanıstanda hərbi əməliyyatlara gətirib çıxaracaq.

ABŞ müdafiə naziri Cim Mattis Əfqanıstanda
ABŞ müdafiə naziri Cim Mattis Əfqanıstanda

Əfqanıstan hökumətinin sülh danışıqları üzrə nümayəndəsi bu gün tərəfləri problemin müharibə yolu ilə deyil, sülh yolu ilə həllinə və beynəlxalq ictimaiyyəti bu problemin həllinə yardım göstərməyə çağırıb.

Moskva, Tehran və Pekin də Əfqanıstanda təhlükəsizlik vəziyyətinin ağırlaşdığına dair narahatlıqlarını ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG