Accessibility links

Əfqanıstanla Pakistan sərhədində 6.1 bal gücündə zəlzələ olub


Rəsmilərin bildirdiyinə görə, bu gün Əfqanıstanda baş verən 6.1 gücündə zəlzələ Pakistana da təsirini göstərərək, bir gənc qızın ölümünə, beş nəfərin isə yaralanmasına səbəb olub.

Yerli hökumət rəsmilərinin məlumatında zəlzələnin Pakistanın Balucistan vilayətindəki Lasbela kəndində kərpicdən tikilən evlərin dağıldığı deyilib.

Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin episentrinin Əfqanıstanın şimal-çərq bölgəsində, Pakistanla sərhəddə olduğunu və hər iki ölkənin paytaxtında hiss edildiyini bildirib.

Televiziya ilə nümayiş etdiyilən görüntülərdə zəlzələ zamanı Paksitanın ofis binaları işçilərinin küçəyə çıxdıqlarını görmək olub.

Xilsaedicilər zəlzələnin səbəb olduğu xəsarətin miqyasını öyrənməyə çalışır və dağıntılar altında qalanların axtarışını davam etdirir.

XS
SM
MD
LG