Accessibility links

Əfqanıstanda Talibanın hücumu nəticəsində altı polis işçisi öldürülüb



Əfqanıstan rəsmiləri ölkənin şərqində yerləşən Qəzni vilayətində yaraqlıların hücumu nəticəsində altı əfqan polis işçisinin öldürüldüyünü bildirib.

Rəsmilərin sözlərinə görə, yaraqlıların hücumu vilayətin Dayak rayonunda baş verib. Hücum zamanı daha bir polis işçisi yaralanıb.

Fransanın xəbər agentliyinin rayon polis idarəsinin rəisi Fazul Əhməd Tolvak və yerli hökumətin sözçüsü Fazul Sabavuna istinadən verdiyi məlumata görə, yaraqlılara polis işçiləri arasında kim tərəfindənsə belə görünür yardım göstərilib.

Hücumdan sonra bir polis işçisinin itkin düşdüyü bildirilir. Ajans Frans Press yerli rəsmilərə istinadən bir polis işçisinin saxlanaraq, hücumla əlaqədar sorğu-sual edildiyi haqda məlumat verib.
XS
SM
MD
LG