Afro-Amerikalıların Milli Tarix və Mədəniyyət muzeyi yaxın günlərdə fəaliyyətə başlayacaq. Muzeyin yaradılması haqda qanun layihəsi Birləşmiş Ştatların sabiq prezidenti Corc W. Buşun hakimiyyəti dövründə qəbul edilib. Yeni muzey paytaxt Vaşinqtonda Smitsonianın Milli muzeylər kompleksinin bir hissəsinə çevrilib.
“Bu, kimliyinizdən asılı olmayaraq, sizin tarixinizdir. Sizin ailənizin azadlıq və vətəndaşlıq uğrunda mübarizəsi tarixidir” deyə, muzeyin kuratoru Lonni Bunç bildirir.
Afro-Amerikalıların tarixi qlobal qul ticarətindən, Amerikaya məcburi şəkildə gətirilən afrikalıların uzun və yorucu səfərindən başlayır. Vətəndsaş haqları müdafiəçixi Cessi Cakson: “Biz bu dövləti qurduq. Biz 246 il əsir olmuşuq və bu bizım azadlıqdan çox əsirlikdə olduğumuz deməkdir.”
Bu, 1800-cü illərin əvvəllərinə aid qul daxmasıdır. Smitsonian İnstitutundan Nensi Bersav: “Bu daxmada yaşamaq mümkün deyil. Siz Cənubi Karolinada olmusunuzsa, bilirsiniz ki, ora çox istidir və orada ağcaqanad, həşərat doludur. Biz bu daxmanı yığarkən içindən ilan çıxdı.”
Burada Cim Krounun Birləşmiş Ştatların cənub bölgələrində hökm sürən qanunlarından da danışılır. Qanunlar “ayrı, lakin bərabər”liyi təbliğ etsə də, qaralar üçün bərabərlik mövcud deyildi. “Əgər siz ağ idinizsə, bulet alıb ağdərililərin oturduğu vaqonda, əgər afro-amerikalı idinizsə başqa vaqonda otura bilərdiniz. Ağların vaqonları qaralarınkından daha yaxşı idi” deyə, Smitsonian İnstitutundan Riçard Korin bildirir.
Burada 1960-cı illərdə “Vətəndaş Hüquqları” uğrunda mübarizənin tarixi geniş əks olunub. Burada həm əyləncə, həm də eyni zamanda artıq qaralara bərabər şəkildə rəqabət aparmaq hüququnun verildiyi idman yarışlarına həsr edilmiş böyük bölmələr var.
İşlər demək olar ki, başa çatıb. Muzeyin qapıları Amerikanın ilk qaradərili prezidentinın iştirakı ilə sentyabrın 24-ü açılacaq.