Accessibility links

Ağ Ev: ABŞ nüvə problemlərinin çözülməsində İranla işləməyə hazırdır


Birləşmiş Ştatlar hökuməti bazar günü İran prezidenti Həsən Ruhaninin yeni hökuməti ilə İran məsələyə ciddi yanaşsa, nüvə proqramı ilə bağlı narahatlıqları ünvanlamaq üçün birgə iş aparmağa hazır olduğunu bəyan edib.

“Prezident Ruhaninin inaqurasiyası İrana nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin dərin narahatlıqlarını ünvanlamaq istiqamətində tez hərəkət etməsi üçün bir imkan verir”-deyə Ağ Evin sözçüsü Cey Karninin açıqladığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, “İranın yeni hökuməti beynəlxalq öhdəliklərə ciddi yanaşdığı və məsələnin dinc yolla həllini tapdığı zaman Birləşmiş Ştatların timsalında özünə könüllü tərəfdaş tapmış olacaq.”

Ağ Ev sələfi Mahmud Əhmədinejaddan siyasi baxımdan daha mötədil hesab etdiyi Həsən Ruhanini İran xalqının dəyişiklik istəyinin təzahürü kimi qəbul etdiyi seçkilərdə qələbə əldə etməsi münasibətilə görə təbrik edib.

“Biz ümid edirik ki, İranın yeni hökuməti İran xalqı üçün daha yaxşı həyat vəd edəcək seçimlər etməklə seçicilərin istəyini nəzərə alacaq”-deyə Ağ Evin bəyanatında bildirilir.

Həsən Ruhaninin prezident seçilməsi İranın nüvə proqramı ətrafında mübahisələrin müzakirələr yolu ilə həlli və OPEK üzvü olan ölkənin neft ixracatına zərbə endirmiş sanksiyaların yüngülləşdiriləcəyi ilə bağlı ümidləri artırmışdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG