Accessibility links

Aİ-nin Ukraynanın namizədliyi ilə bağlı mövqeyi yekdil görünür


Avropa İttifaqı liderləri cümə axşamı və cümə günü önəmli sammit keçirəcəklər. Belə görünür ki, onların gündəmindəki əsas məsələ, yəni Ukraynanın ittifaqa namizədliyinin təsdiqlənməsi baş tutacaq. Görüş Ukraynada müharibə səbəbilə Avropa ilə Moskva arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.

Avropa İttifaqı sammitinə saatlar qaldığı bir vaxt, hazırda Aİ Şurasının prezidentliyinə malik Fransa Kyivin namizədlik müraciətini müsbət qiymətləndirib.

Fransanın Avropa naziri Klemant Bon deyib ki, Aİ ölkələrinin nümayəndələri arasında müzakirələr nəticəsində bunun lehinə “güclü konsensus” var. İndi o deyib ki, artıq liderlər cümə axşamı Ukrayna ilə bərabər Moldova və Gürcüstanın da namizəd statusu üzərində rəsmi olaraq səs verməlidirlər.

Kyiv 27 üzvlük ittifaq mümkün qədər tez bir zamanda daxil olmaq üçün çox çalışır. Avropa İttifaqının bəzi ölkələri, o cümlədən Portuqaliya və Danimarka daha öncə öz şübhələrini ifadə edib. Ancaq ötən həftə Avropa Komissiyasının rəhbrəri Ursula von der Leyen öz güclü dəstəyini bildirib.

"Ukraynalılar Avropa perspektivi uğruna ölməyə hazırdırlar. Biz onların bizimlə birlikdə Avropa xəyalını yaşamalarını istəyirik" , von der Leyen deyib.

Ancaq Aİ liderlərinin Ukraynanın müraicətini sürətləndirmək çağırışına razı olmaq ehtimalları azdır. İttifaqa qəbul olunmaq illər, bəlkə də onillər çəkə bilər.

"Düşünürəm ki, [Ukrayna üçün] sürətləndirsək, bu, artıq bir müddətdir namizəd statusunda qalan Balkan ölkələri üçün bir cür çaxnaşmaya səbəb olacaq" , Avropa Xarici Münasibətlər Şurası siyasət institunun Paris ofisinə başçılıq edən Tara Varma deyib.

"Məncə avropalılar bunun necə həll edəcəkləri barədə çox diqqətli olmalıdırlar" ,Varma deyib. "Düzünü desəm, bu cür qısa müddətdə namizəd statusu vermək onsuz da inqilab olar".

Fransa isə bu arada Ukrayna və Aİ üzvü olmayan digər ölkələr vasitəçi birlik yaratmağa çalışır.

Bu həftə keçirilən sammit Aİ-nin ən güclü üç üzvü olan Fransa, Almaniya və İtaliya, habelə Rumıniya liderlərinin Ukraynaya səfərlərindən sonraya təsadüf edir. Onlar Ukrayaya daha çox silah göndərməyi vəd ediblər ki, bu Ukrayna ilə aralarında gərginlik mənbəyidir.

Avropa İttifaqı liderləri diqqətəlayiq birlik nümayiş etdirərək müharibə səbəbilə Rusiyaya güclü sanksiyalar tətbit etməyə razılaşsalar da, Avropa vətəndaşları bunun iqtisadi təsirlərini hiss edirlər.

Bundan əlavə sammitdə ittifaqın Moskva ilə pisləşən münasibətləri müzakirə olunacaq. Rusiya son bir həftədə daha çox Aİ ölkələrinə, əsasən Fransa və Almaniyaya təbii qaz ixraclarını kəsib. Rusiya həmçinin Aİ və NATO üzvü Litvanı Rusiyanın anklavı olan Kalininqrada bəzi malların dəmir yolu ilə tranzitinə blokadası səbəbilə təhdid edib.

Bu arada isə Aİ-nin xarici siyasət üzrə rəhbəri Cozep Borrell Rusiyanın dünyanın bəzi yoxsul ölkələri üçün kritik olan Ukraynanın buğda ixracına tətbiq etdiyi blokadanı müharibə cinayəti adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG