Accessibility links

Avropa İttifaqı Rusiyanın Qazpromu anti-inhisarçılıq qaydalarını pozmaqda günahlandırıb


Avropa İttifaqı Rusiyanın Qazprom şirkətini anti-inhisarçılıq qaydalarını pozmaqda günahlandırıb.

Rəqabət siyasəti üzrə Aİ komissarı Marqret Vestager deyib ki, Qazprom mərkəzi və Şərqi Avropdakı dominant mövqeyindən istifadə edərək, qaz marketlərinə tam nəzarət edir.

O, Qazpromu Avropadakı istehlakçılar üçün təchizat qiymətlərini artırmaqda və rəqabətə əngəl törətməkdə ittiham edib.

Marqret Vestager
Marqret Vestager

Qazprom isə ittihamları əsassız adlandıraraq, dövlətin nəzarətində olan strateji biznes statusuna malik olduğunu, habelə Avropa İttifaqının yurisdiksiyasına daxil olmayan Rusiya Federasiyasının qanunlarına əsasən fəaliyyət göstərdiyini bildirib.

Vestager isə Avropa bazarlarında fəaliyyətdə olan şirkətlərin qurumun qaydalarına uyğun şəkildə hərəkət etməli olduqlarını deyib.

Qazprom cərimələnə və rəqabətə imkan yaradılmasına məcbur edilə bilər.

İttihamlar Rusiya ilə Qərb arasında gərginlikləri daha da artırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG