Accessibility links

Çak Heygel istefa verir


ABŞ-ın müdafiə naziri Çak Heygel iki il vəzifədə qaldıqdan sonra istefa verib.

ABŞ prezidenti Heygelin Ebola və İslam Dövləti ilə mübarizədə administrasiyasının sabit qolu olduğunu deyib.

Barak Obama onun adi müdafiə naziri olmadığını, həyatını Amerikanın təhlükəsizliyinə həsr etdiyini bildirib.

Heygel Obama adminitsrasiyasının nazirlər kabonetinin yeganə respublikaçı üzvü olub.

Bu haqda ilk məlumatı yayan New York Times qəzeti onun istefasının təzyiqlərə əsaslandığını yazıb.

Heygel müdafiə naziri vəzifəsinə 2013-cü ilin fevral ayında başlayıb.

Vyetnam müharibəsi veteranı daha əvvəl ictimai və özəl sektorlarda çalışıb. 1996-cı ildə o, Nebraska ştatından senator seçilib və 2009-cu ildədək bu vəzifədə çalışıb.

XS
SM
MD
LG