Accessibility links

Akif Qurbanov: “Yaxşı idarəçilik üçün tərəfdaşlıq” proqramı Avropa standarlarına uyğun həyata keçirilmir


“Yaxşı idarəçilik üçün tərəfdaşlıq” birgə proqramı çərçivəsində həyata keçiriləcək iki layihənin təqdimatı olub
“Yaxşı idarəçilik üçün tərəfdaşlıq” birgə proqramı çərçivəsində həyata keçiriləcək iki layihənin təqdimatı olub

Avropa Şurası və Avropa İttifaqı Azərbaycanın güc qurumlarına yardım etmək qərarına gəlib

Oktyabrın 3-də Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı idarəçilik üçün tərəfdaşlıq” birgə proqramı çərçivəsində həyata keçiriləcək iki layihənin təqdimatı olub.

2019-2021-ci illərdə həyata keçiriləcək layihələrdə məqsəd Azərbaycan qurumlarına korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması üçün institusional imkanların daha da gücləndirilməsində kömək etmək, məhkəmə islahatlarını dəstəkləmək, məhkəmə sisteminin müstəqilliyini və peşəkarlığını artırmaq, ədliyyə sahəsində islahatları dəstəkləməkdir.

Avropa İttifaqı “çirkli pullar”ın yuyulmasında daha qətiyyətli mübarizə və bu sahədə daha çox işin məhkəməyə təqdim olunmasını gözləyir.
Kestutis Yankauskas, Aİ Azərbaycan nümayəndəliyinin rəhbəri


Bu barədə Avropa Şurasının Azərbaycan ofisinin rəhbəri Zoltan Hernyeş bildirib.

İlk layihədə tərəfdaşlar və benefisiarlar Ədliyyə Nazirliyi, Hüquq-Məhkəmə Şurası, Ədliyyə Akademiyasl, məhkəmələr və hüquq sahəsində mütəxəssislər olacaqlar.

Layihə vətəndaşların ədalətli mühakiməyə, məhkəmə qərarlarının icrasına çatımlılığına yardım etməyə yönəlib.

Layihənin büdcəsi 915 000 avrodur, bunun 80 faizini Avropa İttifaqı,20 faizini AŞ maliyyələşdirəcək.

İkinci layihə “çirkli pullar”ın yuyulmasına qarşı mübarizə üzrə fəaliyyətin gücləndirilməsinə yönəlib.

Bu layihəyə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Vergilər Nazirliyinin Maliyyə Monitorinqi Xidməti, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Gömrük Komitəsi, Auditorlar Palatası, bankların və vəkillərin peşə birlikləri, vətəndaş cəmiyyəti cəlb ediləcək.

Layihədən gözlənilən nəticə pulların yuyulmasına qarşı mübarizədə strateji və əməliyyat potensialının artırılması, həmçinin cinayətkalıqr yolu ilə əldə edilmiş pulların qaytarılması üçün hüquqi tədbirlərin görülməsidir.

Layihənin büdcəsi 750 000 avro təşkil edəcək. Maliyyələşdirmə birinci layihədə olduğu proporsiyada olacaq.

Aİ Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas tədbirdə çıxış edərək deyib ki, yaxşı idarəçilik və qanunun aliliyi “Şərq Tərəfdaşlığı”nın əsas prioritetlərinə daxildir.

“Bu prinsiplər Aİ və Azərbaycan arasında tərəfdaşlıq haqqında gələcək yeni sazişin əsasını təşkil edəcək.”

Səfir deyib ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” çərçivəsində 2020-ci ilin sonuna qədər aktivlər haqqında deklarasiyanın təmin edilməsi, maraqların münaqişəsinin qarşısının alınması mexanizminin hazırlanması,parlament üzvləri, hakimlər, prokurorlar və digərləri ilə bağlı korrupsiyanın qarşısının alınması üzrə GRECO (Avropa Şurasının korrupsiya əleyhinə qrupu) tövsiyələrinin yerinə yetirilməsi üçün öhdəlik götürüb. Aİ “çirkli pullar”ın yuyulmasında daha qətiyyətli mübarizə və bu sahədə daha çox işin məhkəməyə təqdim olunmasını gözləyir.”

Avropa Şurası ümumi proqramlar ofisinin koordinatoru Arkadi Sıtin qeyd edib ki, terrorizmin maliyyələşdirilməsi, “çirkli pullar”ın yuyulması, korrupsiyaya qarşı mübarizə, ədalət mühakiməsinin effektivliyinin artırılması üzrə Azərbaycanın potensialının gücləndirilməsinə dəstək təkcə həmin iki layihə çərçivəsində yox, həm də regional layihələrə cəlb edilməklə həyata keçiriləcək.

Akif Qurbanov
Akif Qurbanov

Demokratik Təşəbbüslər İnstitutunun direktoru Akif Qurbanov Amerikanın Səsinə müsahibsəidnə bu layihələrin şəfaflığının şübhələr doğurduğunu bildirib.

Akif Qurbanov: “Yaxşı idarəçilik üçün tərəfdaşlıq” proqramı Avropa standarlarına uyğun həyata keçirilmir
please wait

No media source currently available

0:00 0:05:03 0:00

“Bu layihələrin hazırlanması və icrası şəffaf aparılmır, müstəqil vətəndaş cəmiyyəti qurumları prosesə cəlb olunmur. Çalışırlar ki, layihələr hökumətlə tərəfdaşlıq şəraitində həyata keçirilsin.Tərəfdaş kimi buraya Mətbuat Şurası, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Vəkillər Kollegiyası, Ədliyyə Nazirliyi və digər qurumlar seçilir.”

Qurbanovun fikrində, layihələrin effektivliyini yoxlamaq üçün ilk öncə ictimai nəzarətin təşkil olunması vacibdir.

“İkincisi, layihələrin necə yerinə yetirilməsi müstəqil vətəndaş cəmiyyəti qurumları tərəfindən qiymətləndirilməlidir, maliyyə baxımından müstəqi auditi aparılmalıdır.Təssüflər olsun ki, belə anlaşılır ki, Avropa Şurası hökumətin müəyyənləşdirdiyi çərçivədən kənara çıxmaq istəmir. Bu isə Avropa standarlarına uyğun deyil. Görünür ki, hökumət də şərt qoyur ki, onun razılığı çərçivəsində olmalıdır,” o qeyd edib.

Təsəvvür edin ki, vəziyyət o qədər formal təqdim olunur ki, guya ötən il 350 jurnalist təlimlərə cəlb olunub. Onların da 150 nəfəri regionlarda yaşayan jurnalistlərdir.
Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun direktoru


Ekspert hesab edir ki, layihələrə yönəldilən böyük həcmdə vəsaitlər sadəcə nominal olaraq xərclənir, formal proseslər həyata keçirilir.

“Təsəvvür edin ki, vəziyyət o qədər formal təqdim olunur ki, guya ötən il 350 jurnalist təlimlərə cəlb olunub. Onların da 150 nəfəri regionlarda yaşayan jurnalistlərdir.”

Qurbanovun qənaətincə, həyata keçirlən layihələrin effektivliyi də yoxdur.

“Başqa bir tərəfdən proqramın tərəfdaşları da proqramın hədəflərinə və ya Avropa standarlarına uyğun fəaliyyət göstərmir. Mətbuat Şurası müstəqil medianın fəaliyyətinə imkanlar yaratmaq əvəzinə hökumətin vasitəçisi rolunda çıxış edir. Eyni zamanda, Vəkillər Kollegiyası tərəfdaşdır, amma insan haqlarını müdafiə edən vəkillər qarşı repressiv siyasətini davam etdirir. Yaxud o prosesin tərkibində olan hakimlər insan haqları müdafiəçilərinə və ya digər şəxslərə qarşı siyasi sifarişi icra edir,” o qeyd edib.

XS
SM
MD
LG