Accessibility links

İordaniyada Əl-Qaida üzvləri həbs edilib


Həbs edilənlər Əmmanda Qərb səfirlikləri və ticarət mərkəzlərini hədəf almaq istəyirdilər

İordaniya rəsmiləri paytaxt Əmmanda Qərb səfirlikləri və ticarət mərkəzlərinə bomba hücumları planlaşdıran 11 Əl-Qaida üzvünün təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini xəbər verir.

Hökumət sözçüsü Sameh Maytah bazar günü müxbirlərlə söhbəti zamanı qrupun iyun ayından bəri fəaliyyət göstərdiyini və Suriyadan qaçaq yolla gətirilmiş silahla təmin edilən qrupun hücumlar planlaşdırdığını deyib. O, qrup üzvlərinin İraqda Əl-Qaida təşkilatının bomba hazırlayan ekspertlərindən də məsləhətlər aldıqlarını bildirib.

İordaniya bundan əvvəl Əl-Qaidanın hücumlarına hədəf olub. 2005-ci ildə mehmanxanada baş vermiş bomba hücumları 50-dən çox insanın həyatına son qoyumuşdu.
XS
SM
MD
LG