Accessibility links

Aleksandr Vuçiç Serbiyanın prezidenti vəzifəsinin icrasına başlayıb


Çərşənbə günü Aleksandr Vuçiç and içərək Serbiyanın prezidenti kiminvəzifəsinin icrasına başladı. Bundan bir neçə saat öncə isə onu avtokrat olmaqda günahlandıran etirazçılarla Vuçiçin tərəfdarları arasında qarşıdurma yaranıb.

2014-cü ildən bəri bu Balkan ölkəsinin baş naziri olan Vuçiç apreldə keçirilən seçkilərdə böyük bir fərqlə qalib gəlib.

Bir zamanlar Slobodan Miloşeviçin hakimiyyəti dövründə informasiya naziri vəzifəsində çalışan Vuçiç Serbiyanın Avropa İtitfaqına üzvlüyü uğrunda mübarizə aparmağa sadiq islahatçı kimi göstərərək hakimiyyətini möhkəmləndirib.

Parlament binasının qarşısında minlərlə tərəfdarının önündə çıxış edən Vuçiç Kosovonun gələcəyi ilə bağlı müzakirələri başladacağına söz verib. Belqrad Kosovonun müstəqilliyini tanımır.

Bir çox serb Kosovonu ölkə tarixlərinin tarixi, dini və mədəniyyətinin beşiyi hesab edir.

Kosovo müstəqilliyini 1998-1999-cu illərdə 10 min etnik alban daxil olmaqla, toplam 13 min insanın ölümünə səbəb olan etnik alban kosovolu üsyançılarla Serbiya silahlı qüvvələr arasında gedən müharibədən 10 il sonra müstəqilliyini elan etdi. NATO-nun üç ay apardığını bombalama kampaniyasından sonra Miloşeviçin başçılıq etdiyi Serbiya qüvvələri ayrılmış ərazidən çıxarılmışdı.

XS
SM
MD
LG