Accessibility links

Ali Məhkəmənin hakimi yerinə təyinat ətrafında qızğın siyasi mübahisələrin gedəcəyi gözlənilir


ABŞ-ın Ali Məhkəməsinin hakimi Antonin Skaliyanın ölümü ilə məhkəmə abort, mühacirət siyasəti, din azadlıqları kimi bir sıra mühüm məsələlərdə kəskin ideoloji ayrılıqlar qarşısında qala bilər. Mühafizəkar hakim Skaliya çox vaxt Ali Məhkəmədə mübahisəli məsələlərdə səsvermədə zamanı dörd liberal hakimin səs çoxluğu almasının qarşısını alırdı.

Onun yerinə kimin təyin olunacağından asılı olaraq məhkəmədə ideoloji balans dəyişə bilər.

Respublikaçıların nəzarətində olan Konqresdə demokrat prezident Barak Obamanın hər hansı nominasiyasının nəzərdən keçirilməsinin uzun sürəcəyi gözlənilir. Təyinat olmadığı halda hakimin yeri uzun müddət boş qala bilər.

ABŞ Ali Məhkəməsinin hakimi Antonin Skaliya
ABŞ Ali Məhkəməsinin hakimi Antonin Skaliya

Hakim Skaliyanın ölümü ABŞ-da prezident seçki kampaniyasında qızğın müzakirə edilir. ABŞ tarixində seçki ilində dünyasını dəyişmiş hakimin yerinə yeni təyinatın olması halları mövcuddur.

Ali Məhkəmənin hakimi vəzifəsinə nominasiya ətrafında müzakirələr bu təyinatın ömürlük olması ilə bağlıdır.

Gələn ay məhkəmə ştatların qadınların hüquqlarını pozmadan aborta nə dərəcədə nəzarət edə bilməsi ilə bağlı dinləmələr keçirəcək. Texas ştatında abortun leqallaşdırılması mübahisələrin əsas diqqət mərkəzindədir.

Ali Məhkəmə həmçinin səsvermə hüquqları, həmkarlar ittifaqları və iqlim dəyişikliyi kimi məsələlərlə bağlı dinləmələr keçirməlidir. Məhkəmə adətən qərarlarını hər il iyun ayının sonunda elan edir.

XS
SM
MD
LG