Accessibility links

Trampın Ali Məhkəməyə irəli sürdüyü namizəd sərt reaksiyalara səbəb olub


Prezident Donald Trampın federal hakim Bret Kavanonu ABŞ Ali Məhkəməsində boşalan hakim yerinə namizədliyini irəli sürməsi həm respublikaçılar, həm də demokratlar tərəfindən gözlənilən reaksiyalara səbəb olub.

Senatda çoxluqda olan respublikaçıların lideri Mitç Makkonnel bəyanatla çıxış edərək, prezidentin bazar ertəsi axşam saatlarında elan etdiyi namizədin ölkənin Ali Məhkəməsində oturmağa layiq olan yüksək ixtisaslı hakim olduğunu bildirib.

Kavanonun Ali Məhkəmədəki dörd mühafizəkar hakimlə bərabər 1973-cü ildə abortları qanuniləşdirən qərarı dəyişəcəyi ilə bağlı narahalıqlar Senat demokratlarının lideri Çak Şumerin bu namizədliyin qarşısını əlində olan bütün imkanlarla almağa çalışacağına bildirməsinə səbəb olub.

Kavanonun namizədliyinin irəli sürülməsi ilə bağlı elanın səslənməsindən qısa zaman sonra bu qərarın əleyhinə olanların Ali Məhkəmə qarşısında yürüşü təşkil edilib.

Nyu Cersi ştatının senatoru Kori Buker: “Prezident Tramp bizə nə etmək niyyətində olduğunu nümayiş etdirdi. O, fərdi azadlıqları, qadın haqlarını, işçilərin haqlarını, vətəndaş haqlarını geri qaytarmaq istəyir. Lakin sizə bir şey deyəcəm. Biz geri getməyəcəyik.”

Müşahidəçilər inanırlar ki, xüsusi prokuror Robert Müller Trampın seçki kampaniyasının Rusiya ilə mümkün əlaqələri ilə bağlı prezidenti dindirməyə və hətta ona qarşı ittihamlar irəli sürməyə hazırlaşır. Əgər bu iş Ali Məhkəməyə getsə, o zaman Kavano ilə birlikdə məhkəmə 5-4 səs çoxluğu ilə işi geri qaytaracaq.

XS
SM
MD
LG