Accessibility links

Almaniya səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniya Bundestaqının iyunun 12-də qəbul etdiyi “Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair tələblər” adlı qətnaməyə reaksiya verib.

Almaniyanın Bakıdakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Almaniya Bundestaqının qəbul etdiyi bu qərarla bağlı qəti etiraz bildirilib.

Bundestaq qətnaməni Xristian-Demokratik, Xristian-Sosial İttifaqı və Sosial Demokrat Partiyasının təşəbbüsü ilə qəbul edib. Sənəddə insan hüquqlarının pozulmasına görə Bakı tənqid olunur.

Qətnamədə deyilir ki, Azərbaycanda insan hüquqları 2013-cü il prezident seçkilərindən sonra kütləvi şəkildə pozulur. İfadə, mətbuat, din və sərbəst toplanma azadlığı sistematik olaraq pozulur.

Almaniyalı deputatlar Almaniya hökumətini Azərbaycanda siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına təkid etməyə, Bakıdan yerli və xarici jurnalistlər, İnternet fəalları üçün mətbuat azadlığına zəmanət verilməsini tələb etməyə çağırırlar.

Tənqidi səslərin sistematik susdurulması ilə bağlı son hadisələrdən biri Almaniyanın ARD televiziyasının reportyoru Florian Bauerlə baş verənlərdir. O, idman mövzusu üzrə ixtisaslaşıb. Jurnalist aprelin 28-dən Azərbaycana gəlmək üçün viza və akkreditə almağa çalışıb, lakin ala bilməyib.

Azərbaycan hökuməti tənqid edən jurnalistlərin ölkəyə girişinə qadağa qoyur və onların “qara siyahı”sı var.

Azərbaycan Xarici İşlər Nazirliyibu tənqidi qərəzli və əsassız hesab edib, qətnamənin özünü isə ikitərəfli münasibətlərə zərbə kimi qiymətləndirirb.

“Azərbaycanda heç kim jurnalist və ya siyasi fəaliyyətinə görə həbs edilmir. Bu qətnamədəki ittihamlar tamamilə əsassızdır”,Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin şərhində deyilir.

“Bundestaqın qətnaməsindəki tənqid Azərbaycanın nüfuzuna xələl gətirmək istəyən dövlətlərin və müəyyən qüvvələrin qərəzli formada təqdim etdikləri yalan məlumatdan irəli gəlir”, Xarici İşlər Nazirliyi bildirib.

Xarici siyasət idarəsi həmçinin qətnamədə Azərbaycan torpaqlarının işğalından və qaçqınlardan danışılsa da onların müdafiəsinə çağırışın olmamasından, buna görə erməni tərəfə öz məsuliyyətinin xatırladılmamasından narazı qalıb

XS
SM
MD
LG