Accessibility links

Almaniyanın Əfqanıstandakı konsulluğu yaxınlığında partlayış olub


Almaniyanın Əfqanıstandakı konsulluğuna qarşı Talibanın hücumu nəticəsində zərər çəkən olmayıb.

Məzari Şərif şəhərindəki konsulluğa bomba və silahlarla edilən hücum 6 milki vətəndaşın ölümünə və 130 nəfərin yaralanmasına yol açıb.

​Almaniyanın xarici işlər naziri Frank Uolter Stenmayer ölənlərin ailələrinə başsağlığı verib. O bildirib ki, konsulluğun alman və əfqan işçiləri zərər çəkməyib.

Güclü partlayış konsulluğun mühafizə baryerini dağıdıb, yaxınlıqdakı binaları silkələyib, yüzlərlə ev və dükanlara ziyan vurub.

BMT-nin Yardım Missiyası zorakılığı qınayaraq, hüvumun mülki əhalini hədəf aldığını bildirib.

XS
SM
MD
LG