Accessibility links

Almaniya iqtisadiyyatı - Parçalanmanın izləri [Video]


Almaniya iqtisadiyyatı - parçalanmanın irsi
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Berlin divarının yıxılmasından 25 il sonra birləşmiş Almaniyanın Qərbi Avropanın ən zəngin ölkələrindən birinə çevirilməsi tez-tez təqdirə layiq görülür. Lakin Almaniya iqtisadiyyatı problemsiz deyil. Bir zamanlar Qərbi Almaniya kimi tanınan hissədə keçmiş Şərqi Almaniyaya ödənilən subsidiyalar müzakirə olunur. Soyuq Müharibə düşməni Rusiya ilə yenilənən gərginliklər Almaniyanın ixracı və iqtisadi artımını da təhlükə altına qoyur.

Keçmiş Şərqi Almaniyada yerləşən Drezden şəhəri İkinci Dünya Müharibəsi zamanı demək olar ki, müttəfiqlər tərəfindən dağıdılmışdı.

Müharibədən sonra şəhər kommunist höküməti tərəfindən qismən yenidən tikilmişdi. 1990-cı ildə ölkə birləşdikən sonra, dövlət dəstəyi və sərmayə şəhərin çiçəklənib sürətlə inkişaf edən sənaye və mədəniyyət mərkəzinə çevrilməsinə kömək etdi.

Bələdiyyə başçısının müavini Dirk Hilbert bildirb ki, Drezden və digər şəhərlər birləşmiş Almaniyanın uğur hekayələridir.

“Bu üç şəhər – Drezden, Leipziq, Cena - uğurla tamamlanan struktur dəyişikliyinin əsas nümunələridir.”

Drezdeni qərbi Almaniyanın sənaye mərkəzi olan Dortmundla müqayisə edək. Şəhərin işsizlik səviyyəsi 12.4 faizdir. Bu göstərici ölkənin işsizlik səviyyəsindən ikiqat artıqdır və şəhərin milyonlarla dollar borcu var.

Qərbdəki icmalar şərqdəkilərə yardım etmək üçün borc pul götürməli olurlar. Bu ağlasığmazdır.
Ulrik Syero

1990-cı ildən bəri Dortmund kimi qərbdəki icmalar keçmiş Şərqi Almaniyanın yaşayış səviyyəsini qaldırmaq üçün məcburi “həmrəylik haqqı” ödəyirlər.

Lakin Dortmund bələdiyyə başçısı Ulrik Syero bildirir ki, o, əhaliyə onların niyə hələ də vergi ödədiklərini izah edə bilmir.

“Qərbdəki icmalar şərqdəkilərə yardım etmək üçün borc pul götürməli olurlar. Bu ağlasığmazdır. Biz yaşayış səviyyəsi artıq yaxşı olan şərqə kömək etmək üçün borc yığırıq.”

Bu ayın əvvəli Almaniya kansleri Angela Merkel qərbin birləşmə üçün etdiyi yardımı alqışlayıb.

“Qərbi Almaniya ştatlarının köməkliyi ilə biz onlara yetişə bildik. Bu gün bizim artıq, vaxtında Helmut Kohlun (keçmiş kansler) söz verdiyi kimi, çiçəklənən mənzərəmiz var.”

Sonuncu geosiyasi irəliləyişlər iqtisadiyyatla bağlı naratlıqlara yol açıb.

Ukraynadakı Moskvanın dəstəklədiyi separatçı üsyançılar Almaniya, ABŞ və digər qərb dövlətlərini Rusiyalı fərdlərə və bizneslərə qarşı sanksiyalar tədbiq etməyə vadar ediblər. Rusiya idxalı qadağan edərək cavab verib. Alman Ticarət və Sənaye Palatası Assosiasiyasının baş iqtisadçısı, Volker Treyer, Rusiyaya ixracatda 20 faiz azalma gözləyir.

“Xüsusilə də Şərqi Almaniyada Rusiya və Ukrayna ilə biznes qurmağa çalışan bir neçə kiçik və orta sənaye (SME) şirkətləri var. Ona görə də onlar zərər çəkirlər. Lakin heç kəs təzminatdan danışmır. Bu siyasi qərar olsa da, yük bizneslərin üzərinə düşür.”

Treyer bildirir ki, Almaniyanın məşhur mühəndislik və mexaniki avadanlıq sektoru böyük zərər çəkir.

“Bu sektor üçün Rusiya dünyada dördüncü ən vacib bazardır.”

Pisləşən şərq-qərb əlaqələri Almaniyaya digər Avropa ölkələrindən daha çox təsir göstərəcək. Lakin təhlilçilər həmçinin bildirirlər ki, inkişaf etməkdə olan iqtisadiyyatlarda və avrozonada azalan inkişaf Avropa Birliyinin iqtisadi inkişafının mühərriyi olan alman iqtisadiyyatına maneə törədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG