Accessibility links

Almaniya hökumətinin veb səhifələri haker hücumuna məruz qalıb


Ukraynanın baş naziri Arseniy Yatsenyuk və Almaniya kansleriə Angela Merkelin görüşü ərəfəsində Almaniya hökumətinin veb səhifələri bir neçə kibernetika hücumuna məruz qalıb.

Özünü KiberBerkut adlandıran qrup kanslerin və parlamentin veb səhifəsinə girişə maneə tətbiq etdiklərini elan edib. Hakerlər Berlinin Ukrayna hökuməti ilə əlaqələrini kəsməsini tələb edib.

Veb səhifələrinin girişinə azı bir saat əngəl yaranıb.

Xanım Merkel və Ukraynanın baş naziri təhlükəsizlik və Almaniya hökumətinin Kiyevə yardımının genişləndirilməsi məsələsini müzakirə edib.

Ukraynanın şərqində rusiyapərəst separatistlər aprel ayından muxtariyyətini elan edib. Həmin vaxtdan bu günə qədər azı 4700 insanın münaqişədə həlak olduğu bildirilir.

Tərəflər arasında atəşkəs elan edilsə də, döyüşlər ara-sıra davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG