Accessibility links

Almaniya koronavirus applikasiyalarından istifadə edir


Almaniyanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, 18 milyondan çox koronavirus applikasiyası ağıllı telefonlara yüklənib və istifadənin ilk 100 günü ərzində laboratoriyalardan istifadəçilərə 1,2 milyon test nəticəsi göndərilib.

Ölkənin səhiyyə naziri Yens Span Berlində jurnalistlərə verdiyi açıqlamada deyib ki, “Corona Warn App” hələlik mükəmməl olmasa da, onun uğurlu olduğunu demək olar. Nazir əlaqələr barədə xəbərdarlıq etmək üçün təxminən 5000 istifadəçinin tətbiqetməni aktivləşdirdiyini və bunun COVID-19 xəstəliyinə səbəb olan virusun yayılmasının qarşısını almaq üçün ölkədə əsas vasitə olduğunu deyib.

"Koronanı izləmək üçün istifadə edilən App yoluxmaların qarşısını almağa yardım edir və bu, dünyanın ən uğurlu tətbiqlərindən biridir" - deyə, Span bildirib.

Span xüsusilə də onu qeyd edib ki, istifadəçilərin əksəriyyəti həkimin məlumat verməsini gözləmədən test nəticələrini birbaşa smartfonlarında ala bilər.

Almaniyanın məxfiliklə bağlı ciddi qaydalarına əsasən tətbiqin bütün məlumatları mərkəzi bir serverdə deyil, telefonlarda saxlacaq.

Bir App istifadəçisinin testi onun koronavirusa yoluxduğunu göstərirsə, həmin şəxs App-də olan xüsusi düyməni basaraq, əlaqədə olduğu bütün insanları xəbərdar edə bilər.

Proqramı Almaniyanın texnologiya şirkəti Deutsche Telekom şirkəti SAP şirkəti ilə birlikdə hazırlayıb.

Deutsche Telekom şirkətinin icraçı direktoru Tim Höttces hazırda Almaniyadakı laboratoriyaların 90 faizdan çoxunun bu App-la əlaqədə olduğunu deyib.

XS
SM
MD
LG