Accessibility links

Təhlilçilər: Almaniyadakı siyasi böhran Merkelin gücünün azaldığına işarədir [Video]


Təhlilçilər: Almaniyadakı siyasi böhran Merkelin gücünün azaldığına işarədir
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Təhlilçilər: Almaniyadakı siyasi böhran Merkelin gücünün azaldığına işarədir

Almaniya kansleri Angela Merkelin Xristian Demokratlar partiyası ilə iki kiçik partiya arasında koalisiya danışıqları heç bir nəticə verməyəndən sonra Almaniya siyasi böhrana qərq olub. Təhlilçilər deyir ki, sentyabr ayında keçirilən seçki nəticələrinin həlledici olmamasının Almaniya cəmiyyəti və siyasətinə parçalayıcı təsiri olub və kansler Angela Merkel üçün ciddi çətinliklər yaradıb.

Mümkündür ki, AfD güclənəcək və hökümət yaratmaq daha da çətinləşək.
Culian Göpffart

Avropanın ən qüdrətli siyasətçisi olaraq keçirdiyi 12 ildən sonra Angela Merkelin siyasi qüdrəti azalır. Onun Yaşıllar və Azad Demokratlar partiyaları ilə apardığı koalisiya danışıqları heç bir nəticə verməyib.

“Mən müvəqqəti kansler olaraq bu ölkənin çətin zamanlarda yaxşı idarə olunması üçün əlimdən gələni edəcəm”, deyə o bildirib.

Bəs indi nə olacaq? Bir variant odur ki, Merkelin mənsub olduğu Xristian Demokratlar partiyası keçmiş hökümət tərəfdaşları olan Sosial Demokratlarla danışıqlara başlaya bilər. Amma hələ ki, onlar böyük koalisiya yaratmaq variantını istisna edir. Merkel Almaniya televiziya stansiyasına deyib ki, azlıq hökümət təşkil etmək yerinə yeni seçkilərin keçirilməsinə üstünlük verir.

“Almaniyada müharibədən sonrakı dövrdə azlıq hökümət olmayıb. Bu dəfə isə bu mümkündür. Xristian Demokratlar İttifaqı (CDU) partiyası bunu edə bilər. Azad Demokratlar da artıq bunu dəstəkləyəcəklərini bildirib. Amma əsas məsələ Merkelin həqiqətən də bunu etmək istəyib-istəməməsidir”, Open Europe təşkilatından Leopold Traugott söyləyir.

Merkel yeni seçki olsa yenidən namizədliyini irəli sürəcəyini deyib. Lakin yeni seçki onun əleyhinə nəticələnə bilər. Belə ki ultra-sağçı anti-miqrant Almaniya üçün Alternativ (AfD) partiyası sentyabrda keçirilən seçkilərdə səslərin 13 faizini toplamışdı və belə görünür ki, onlara dəstək arta da bilər.

“Mümkündür ki, AfD güclənəcək və hökümət yaratmaq daha da çətinləşək”, deyə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbindən Culian Göpffart bildirir.

Almaniya 2015-ci ildə Avropanın miqrant böhranının ən pik vaxtında bir milyondan çox qaçqın qəbul edib. Bu məsələ isə seçki zamanı Angela Merkelin ən zəif nöqtəsi olaraq qalır. Koalisiya danışıqlarının da miqrantların ailə üzvlərini Almaniyaya gətirmək haqları ilə bağlı danışıqlara görə nəticə vermədiyi deyilir.

“Bu, gələcəkdə vacib məsələ olaraq qalacaq çünki miqrasiya məsələsi aradan qalxmayacaq. O və onun xələfləri də bu məsələ ilə məşğul olmalı olacaqlar”, Göpffart deyir.

Gələn bir neçə ay ərzində Almaniya daxili siyasi məsələrlə məşğul olacaq, koalisiya höküməti qurmağa calışacaq və Brexit və ya avrozonada islahatlar kimi məsələlərə gözlənildiyi qədər diqqət ayırmayacaq.
Leopold Traugott​

Bu vəziyyətin daha genişmiqyaslı təsirləri olacaq.

“Gələn bir neçə ay ərzində Almaniya diqqəti daha çox ölkədaxili məsələlərə yönəldəcək. Onlar daxili siyasi məsələrlə məşğul olacaq, koalisiya höküməti qurmağa calışacaq və Brexit və ya avrozonada islahatlar kimi məsələlərə gözlənildiyi qədər diqqət ayırmayacaqlar”, deyə Traugott bildirir.

Merkellə birlikdə Avropa İttifaqında islahatlar aparmağa ümid edən Fransa prezidenti Emmanuel Makron Almaniyada yaranan çıxılmaz vəziyyətlə bağlı narahatlığını ifadə edib. Təhlilçilər deyir ki, bu, Avropada kök salmış quruluşun bir hissəsidir.

“Almaniyadakı vəziyyət Qərb demokratiyalarında baş verən böyük dəyişikliklərin bir hissəsidir. Orada partiyalar parçalanır, qeyri-sabitlik artır”, deyə Göpffart bildirir.

Angela Merkel Almaniyanın müvəqqəti kansleri olaraq bir çıxış yolu tapmağa çalışır. Avropa isə ittifaqı böhrandan çıxaracaq güclü lider axtarır.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG