Accessibility links

Almaniyadan siyasi sığınacaq istəyənlərin sayı artır [Video]


Almaniyada siyasi sığınacaq istəyənlərin sayı artır
please wait

No media source currently available

0:00 0:03:26 0:00

Almaniyada siyasi sığınacaq istəyənlərin sayı artır

Mühacirlərin əksəriyyəti yaxşı iş və sosial təminat proqramları tapmaq ümidi ilə Avropanın şimalınaa yol tuturlar

Ötən il ərzində ölkədə sığınacaq axtaranların sayı artdığı üçün Almaniya cümə günü qaçqınlarla bağlı sammit keçirib. 2015-ci ildə Aralıq Dənizi vasitəsilə Afrikadan Avropaya 30 min mühacirin keçdiyi təxmin edilir. Onların əksəriyyəti isə yaxşı iş və sosial təminat proqramları tapmaq ümidi ilə şimala yol tuturlar.

Bu Veronadan Münhenə gedən qatardır. İlk mühacirlər qatara dağlıq İtaliya-Avstriya sərhəddində, Brennerdə mindilər. Onlar təşvişlə yerlərinə oturub, gözləmyə başladılar.

Bu anda heç kəs Yunanıstana geri göndərilmir, çünki orada vəziyyət bərbaddır

İlk polis zabitləri isə Almaniyada, Rozenhaymda mindilər... və 70-dən mühaciri həbs etdilər.

Avropanın Dublin qaydalarına əsasən mühacirlər ilk gəldikləri ölkədə sığınacağa müraciət etməlidirlər. Ona görə də əksər zamanlarda mühacirlər gedəcəkləri son yerə gəlməyənədək kimliklərini açıqlamırlar, nə də barmaq izlərini vermirlər.

Çox az sayda mühacir cənubi Avropada qalmaq istəyir, deyə Münhen Qaçqınlar Şurasından Rebekka Kilian-Meyson bildirir.

“Yunanıstanda olduğu kimi orada problem çoxdur. Ona görə bu anda heç kəs Yunanıstana geri göndərilmir, çünki orada vəziyyət bərbaddır. Dublin Qanunu altında bəziləri İtaliyaya geri göndərilir. Bu isə problematikdir, çünki bu insanların çoxu eviszdir və sosial yardım almır.”

Amma Almaniyada onlar bu yardımı alırlar. 2014-cü ildə Almaniyada 173 min insan sığınacağa müraciət edib. 2015 isə bu rəqəm iki dəfə artıb.

Onlardan biri Sierra Leoneli Ceymsdir. O, indi Münhendə qaçqın düşərgəsində yaşayır, amma Avropaya ilk qanunsuz şəkildə Şimali Afrikada yerləşən İspaniyanın Melila anklavında ayaq basıb. O, ümid edir ki, Almaniya rəsmiləri onun sığınacaq üçün müraciətini qəbul edəcəklər.

“Onların məni İspaniyaya geri görmək ehitmalı məni narahat edir. Mən sadəcə bunun haqqında düşünmək istəmirəm. Mən sizə bunu deyə bilərəm ki, burda, Almaniyada olmağım həyatımı riska atmağa dəyər.”

Franziska Fassbinder Münhen Qaçqınları Hüquq Klinikası vasitəsilə Ceyms kimi insanlara pulsuz hüquqi məsləhət verir. O deyir ki, böyük miqdarda sığınacaq müraciəti rəsmilərin işlərini artırır. Ona görə də seçilənlərin çox kiçik hissəsi ayaq basdıqları ilk Avropa ölkəsinə geri göndərilir.

“Bunun səbəbi odur ki, qanuna görə biz mühacirləri altı ay ərzində geri göndərə bilərik. Ona görə də, qaçqınlara Almaniyaya gələndə, çox vaxt biz onlara gözləməklərini deyirik.”

Onların məni İspaniyaya geri görmək ehitmalı məni narahat edir. Mən sadəcə bunun haqqında düşünmək istəmirəm. Mən sizə bunu deyə bilərəm ki, burda, Almaniyada olmağım həyatımı riska atmağa dəyər

Sığınacaq üçün müraciət edənlərin çoxunun ərizələri rədd edilir, çünki rəsmilər inanır ki, onlar iqtisadi çətinliklərə görə qaçırlar müharibədən deyil. Fassbinder isə bunu müəyyən etməyin çəyin olduğunu deyir.

“Mənim isə onlardan bunu soruşmaq istərdim ki, əgər mən çörək ala bilmirəmsə, bu da iqtisadi çətinlikdir?”

Almaniya kimi zəngin Avropa dövlətləri sosial təminat və yardım proqramlarına gör ilə məşhurdurlar. Amma müharibədən və yoxsulluqdan qaçan çox sayda mühacir axını kontinentdəki hökümətlərin və insanların iradəsini sınağa çəkir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG