Accessibility links

Almaniya xarici işlər naziri rasizmə qarşı mübarizəyə çağırır


Almaniyanın xarici işlər naziri Heyko Maas Polşada Auşvitz (Osventzim) keçmiş nasist əsir düşərgəsini ziyarət edir, 20 avqust, 2018.
Almaniyanın xarici işlər naziri Heyko Maas Polşada Auşvitz (Osventzim) keçmiş nasist əsir düşərgəsini ziyarət edir, 20 avqust, 2018.

Almaniyanın xarici işlər naziri Heyko Maas ölkə vətəndaşlarına müraciət edərək, demokratiyanı müdafiə etməyə və rasizmə qarşı mübarizəyə çağırıb.

“Bizim nəsil azadlıq, qanunun aliliyi və demokratiyanı hədiyyə kimi alıb. Bizə buna görə mübarizə aparmaq lazım olmayıb, biz bunu öz-özünə təbii bir şey kimi qəbul edirik”, Maas Bild am Sonntag qəzetinə müsahibəsində bildirib.

Almaniya xarici işlər naziri bu açıqlamanı şənbə günü Şemnitz şəhərində təxminən 4 min 500 nəfər ifrat-sağçı etirazçının mühacirət əleyhinə nümayiş keçirməsindən sonra verib. Onlar keçən həftə Almaniyanın şərqində bir nəfər almanın deyildiyinə görə, İraq və Suriyadan gəlmiş iki miqrant tərəfindən öldürülməsindən sonra mühacirətə etiraz olaraq nümayiş keçirib. Təxminən 4 min nəfər solçu ifrat sağçıların etiraz nümayişinin əleyhinə yürüş keçirib. Qruplar arasında toqquşmaya imkan verilməməsi üçün ərazidə 1800 nəfərdən ibarət polis qüvvəsi yerləşdirilib.

Şemnitzdə nümayiş, 1 sentyabr, 2018.
Şemnitzdə nümayiş, 1 sentyabr, 2018.

Yürüşlər zamanı üç nəfər polis zabiti də daxil olmaqla, 18 polis işçisi yaralanıb. Bəzi məqamlarda, xüsusilə də polisin ifrat sağçıların yürüşünə son qoyduğu zaman vəziyyət xüsusilə gərgin olub.

Polisin verdiyi məlumata görə, yürüşlər başa çatdıqdan sonra kiçik qruplar arasında toqquşma baş verib.

Bizim nəsil azadlıq, qanunun aliliyi və demokratiyanı hədiyyə kimi alıb. Bizə buna görə mübarizə aparmaq lazım olmayıb, biz bunu öz-özünə təbii bir şey kimi qəbul edirik.
Heyko Maas

Şemnitzdə ifrat-sağçı və solçu qruplar arasında toqquşma keçən həftənin bazar ertəsi günü 35 yaşlı almanın ölümündən bir gün sonra baş verib. Nümayişçilərin şəhərin küçələrində xariciləri təqib etməsini göstərən görüntülər Almaniyanın digər bölgələrində şok kimi qarşılanıb.

Şemnitzdə nümayiş zamanı qarşıdurmaya yol verilməməsi üçün polis qüvvələri yerləşdirilib, 1 sentyabr, 2018.
Şemnitzdə nümayiş zamanı qarşıdurmaya yol verilməməsi üçün polis qüvvələri yerləşdirilib, 1 sentyabr, 2018.

Şemnitzdə keçən həftədən başlayaraq müşahidə edilən gərginliklər Almaniyanın 2015-ci ildən ölkəyə 1 milyondan çox qaçqın və miqrant axını ilə bağlı siyasətinə münasibətdə cəmiyyətdəki qütbləşməni əks etdirir.

İfrat-sağçılar kansler Angela Merkeli Suriya, İraq və Əfqanıstan kimi münaqişələrin getdiyi ölkələrdən yüz minlərlə insana Almaniyada sığınacaq verilməsi qərarına görə daim tənqidlərə məruz qoyur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG