Accessibility links

Almaniyada nümayişçilər radioaktiv tullantılar daşıyan qatarın qarşısını kəsib


Almaniyada nümayişçilər radioaktiv tullantılar daşıyan qatarın qarşısını kəsib
Almaniyada nümayişçilər radioaktiv tullantılar daşıyan qatarın qarşısını kəsib

Fəallar Qorlebendəki müvəqqəti ambarın təhlükəsizlik baxımından ehtibarlı olmadığını deyirlər

Almaniya polisi bildirir ki, radioaktiv tullantılar daşıyan qatar rəsmilər onun yolunu kəsməyə çalışan minlərlə nümayişçini kənarlaşdıqdan sonra öz məkanına çatdıb. Qatar Dannenberq şəhərindən 30 kilometr məsafədə dayandırılmışdı. Oradan nüvə tullantıları yük maşınlarına köçürülərək Qorlbendəki anbarlara daşınmalı idi. Dəmir yolunda qatarın qarşısını kəsməyə çalışan təxminən 3000 nümayışçı oradan kənarlaşdırılıb , lakin 1600 qədər insan yolu yenidən kəsmək üçün toplaşıb. Fəallar Qorlebendəki müvəqqəti ambarın təhlükəsizlik baxımından ehtibarlı olmadığını deyirlər. Almaniyanın elektrik stansiyalarından çıxmış tullantı materiallarından Areva nüvə qrupu tərəfindən idarə edilən Fransa emal zavodunda istifadə edilmişdir. Areva qrupunun sözcüsü deyib ki, nüvə tullantıları möhürlənmiş ehtibarlı qablardadır.

XS
SM
MD
LG