Accessibility links

Almaniyada siyasi mühacirlər aksiya keçirib


Almaniyada siyasi mühacirlərin aksiyası
Almaniyada siyasi mühacirlərin aksiyası

Azərbaycanlı siyasi mühacirlərin AND (“Azərbaycanda demokratiya naminə” təşkilat) Hərəkatı iyunun 7-də Almaniyanın Düsseldorf şəhərində aksiya keçirib.

Aksiya iştirakçıları Azərbaycanda repressiya siyasətini, vətəndaşların siyasi motivlərlə təqib olunmasını pisləyib.

Almaniyada siyasi mühacirlərin aksiyası
Almaniyada siyasi mühacirlərin aksiyası

Nümayişçilər siyasi məhbusların portreti olan plakatlar qaldırıblar və onların azadlığa buraxılmasını tələb ediblər.

Aksiya iştirakçıları beynəlxalq birliyi Azərbaycanda insan hüquqlarının pozulmasına laqeyd qalmamağa çağırıb.

Azərbaycan hüquq müdafiəçiləri ölkədə 80 nəfərədək siyasi məhbus olduğunu bildirir. Yerli mediada həbsdə olan insalara işgəncələr yer alan məlumatlar dərc edilməkdədir. Medianın məlumatlarının təhlili göstərir ki, insanlar daha çox həbsə alınarkən və istintaq dövründə işgəncəyə, qeyri insani rəftara məruz qalır.

Azərbaycan hakimiyyəti lkədə siyasi məhbulsların olmadığını bildirir, tənqidləri qərəzli sayır. Rəsmi Bakı həmçinin insanların fundamental hüquqlarının tam təmin edildiyini, siyasi məqsədlərlə təqiblərin olmadığını bildiorir.

XS
SM
MD
LG