Accessibility links

ABŞ Ədliyyə Nazirliyi iki nəhəng hava şirkətinin birləşməsinin qarşısını almağa çalışır


ABŞ Ədliyyə Nazirliyi və ölkənin bəzi rəsmiləri American Airlines ilə US Airways hava şirkətlərinin birləşməsinin qarşısını almağa çalışırlar. Əgər birləşmə baş tutsa, bu, dünyanın ən böyük hava şirkəti olacaq.

ABŞ baş prokrorunun köməkçisi Bill Baerin dediyinə görə, dəyişiklik rəqabəti zədələməklə yanaşı, sərnişinlərə biletlər baha başa gələcək.

ABŞ-da milyonlarla sərnişin hava nəqliyyatına hər il 70 milyard dollar pul xərcləyirlər.
Cənab Baer jurnalistlərə bildirib ki, hər iki şirkət fəaliyyətlərini davam etdirmək üçün kifayət qədər gücə malikdir.

Şirkətlər birləşmənin qarşısının alınması xəbərdən sonra səhm bazarında dəyər itirib. Hava şirkətləri artan neft və təhlükəsizlik xidmətlərinin bahalaşmasına görə çətin günlər yaşayır.
XS
SM
MD
LG