Accessibility links

Amerikalılar nəyə görə böyük evlərə daha çox üstünlük verir


Böyük evlər amerikalıları çoxdandır cəlb edir. Buna görə də Birləşmiş Ştatlarda tikilən evlərin qiymətinin dünyada ən bahalı olması təəccüblü deyil. Və qiymətlər artmaqda davam edir.

Evlərin orta ölçüsü 1950-ci illərdən bəri iki dəfədən çox artıb. Milli Ev İnşaatı Assosiasiyasının hesablamalarına görə, 2019-cu ildə bir ailə üçün tikilən evin orta hesabla ölçüsü 240 kvadrat metrdır.

"Amerikalılar üçün ev almaq ideyası XX əsrdən başlayıb və bu muxtariyyət mənası kəsb edir. Hər bir ev bir qala kimi olmalıdır. Yəni bu, müstəqillik və nailiyyət deməkdir" - deyə, Kornel Universitetinin dossenti Lui Hayman bildirir.

Federal hökumət ev sahibi olmağın ideal bir fikir olduğunu ortaya atıb.

1934-cü ildə "Federal Mənzil Administrasiyası"nın yaradılması ev mülkiyyətində inqilaba səbəb oldu və amerikalıların bu gün də istifadə etdiyi ipoteka sistemini yaratmaqla, milyonlarla insan üçün ev alqısını daha əlverişli etdi. Bu zamanlar əksər amerikalılar kirayədə qalırdı. 1934-cü ildə ev sahibliyi 40 faiz idisə, 2001-ci ilə qədər bu rəqəm 68 fasizə yüksəldi.

1940-cı illərdə prezident Franklin D. Ruzvelt ev sahibliyini vətəndaşlıqla bərabər səviyyəyə qoyaraq, "bir ev sahibi olan, payına düşən torpağın həqiqi sahibi olan insan məğlubedilməzdir" dedi.

Bu gün Amerikada evə sahib olan insanlar təqribən 65 faiz təşkil edir.

Evlərə investisiyaya qoyuluşu bir çox amerikalı üçün iqtisadi durğunluğu maskalamağa yardım edir. İşsizlik səviyyəsi aşağı həddə yaxınlaşsa da, qazanılmış pul ilə əldə edilə bilən mal və xidmətlərin sayı ABŞ işçiləri üçün onilliklər ərzində artmayıb.

Bəzi amerikalılar üçün böyük evə sahib olmaq bir simvol, həyatda qazandıqları uğurların göstəricisidir.

XS
SM
MD
LG