Accessibility links

Mühacirlərin "zənginlik testi"- ABŞ-da yeni qaydalar


Mühacirlərin "zənginlik testi"- ABŞ-da yeni qaydalar
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Fevral ayının 24-dən etibarən Tramp administrasiyası Amerikanın ictimai yardım proqramlarından asılılıq ehtimallarına əsaslanaraq, ölkəyə mühacirət edənləri ciddi araşdırmalara məruz qoyur. Tənqdiçilər isə bunu irqçilik ayrı-seçkiliyinə dair "zənginlik testi" kimi qiymətləndirir. "İctimai ittiham qaydası" ilə bağlı ABŞ Ali Məhkəməsi tərəfindən keçən ay məhkəmə prosesinə başlanıb. Bunu ABŞ immiqrasiya vizası və ya ABŞ-da daimi yaşamaq istəyən aşağı gəlirli xarici vətəndaşlara təsir göstərəcəyi gözlənilir.

Yeni qaydalar konsulluqlar və mühacirət rəsmilərinə daha əvvəl nağd pul və ya yardım imtiyazları alan, habelə gələcəkdə sosial proqramlara ehtiyac duya biləcək insanların rədd edilməsi səlahiyyəti verir.

Tənqidçilər bu yeni qaydaların iqtisadi çətinlikləri olanları hədəf alacağını deyir.

"İmkanları olanların risk ehtimalı aşağıdır. Lakin azgəlirli böyük ailələr, aşağı təhsilli insanlar bu testin qurbanına çevrilə bilər."

Analitik Mark Qrinberqin dediyinə görə, yoxsul, qeyri-ağ ölkələrdən insanlar viza və "qrin kard" kimi tanınan daimi yaşayış icazəsi ala bilməmək riski qarşısındadır.

"Meksika, Mərkəzi Amerika və ya Karib dənizi hövzəsidən "qrin kard"a sahib olanlar Avropa, Avstraliya və Yeni Zelandiyadan olanlarla müqayisədə daha böyük risk altındadır" - deyə, Mark Qrinberq bildirib.

Yeni qaydaları dəstəkləyənlər onların qərəzli olduğunu rədd edir.

"Ağ, yaşıl, qəhvəyi, sarı kimi rəngdən asılı olmayaraq, bu qaydalar hamıya şamil edilir. Lakin bir ölkədə bir irqin daha zəngin nümayəndəsinizsə, dəgər bir ölkədə başqa bir irqin daha da uğurlu üzvü ola bilərsiniz" - deyə, Heritage Fondundan Mayk Hovell deyib.

Yeni siyasətin vizalar və "qrin kard"ların təsdiqini azaldacağı gözlənilir.

Lakin Daxili Təhlükəsizlik Nazirliyinin bildirdiyinə görə, mülkiyyət, gəlir, özəl sağlamlıq sığortalarının təqdimatı, habelə ABŞ-da yaşayanlar tərəfindən maddi yardımları təsdiq edən sənədlərlə dəyiliklik əldə etmək olar.

Bəzilər bu yolla Amerika fondlarının qorunacağı və ABŞ-da iş marketlərində inkişaflar əldə ediləcəyini düşünür.

Amerikanın əsas korporasiyaları beynəlxaq işçiləri işə götürmək istəyən şirkətlərə çətinliklər yaranacağını deyərək, yeni qaydaları tənqid edib, onların əks-təsirə malik olacağını bildirib.

Qanun prezident Trampın Menecment və Büdcə İdarəsinin rəhbərinin "Amerikanın qanuni mühacirlərə çox ehtiyacı var" deməsindən bir neçə gün sonra qüvvəyə minib.

Məhkəmə qərarı hazır olmayan İllinoys ştatından əlavə bütün ABŞ ştatlarında yeni qaydalar fevralın 24-dən işə salınıb.

XS
SM
MD
LG