Accessibility links

ABŞ-da mühacirət böhranı [Video]


ABŞ-da mühacirət böhranı
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Mühacirət hüquqları müdafiəçiləri uşaqlar da daxil edilməklə, sənədsiz miqrantların cənub ştatlardakı nəzarət mərkəzlərində pis rəftarla üzləşdiklərindən şikayətlənir. Etiraz olaraq Kaliforniya ştatında məhkəməyə gətirilən mühacirləri daşıyan avtobusların qarşısı kəsilib.

Problem mühacirət islahaları tələbini bir daha gündəmə gətirib.

Oktyabr ayından bəri nəzarət altında saxlanılan insanlar arasında 52 min uşaq var. Onlar Meksika-ABŞ sərhədlərində yaxalanıb. ABŞ prezidenti Barak Obama bunu humanitar böhran adlandırır.

Cənubi Kaliforniya ştatının sərhəd patrulu marşrutunda irəliləyən avtobusların qarşısı kəsilib. 3 avtobusda uşaqlı ailələr daşınırdı.

Los Angelesdə Latın Amerikasından olan mühacirlər ailələr və uşaqların hüquqlarının müdafiəsini tələb edir. Aksiya Meksika konsulluğu qarşısında keçirilib. Salvadorlu İzabel Kardenas konsulluğun tələb irəli sürməsini istəyir.

“Həm ABŞ, həm də Meksika hökumətlərindən uşaqların müdafiə edilməsini xahiş edirik.”

San Diyeqoda 3 ay nəzarətda saxlanılan iki sənədsiz mühacir müxbirlərlə görüşüb. 21 yaşlı Yordi Kançino orta məktəbi ABŞ-da bitirib. Anası hələ də Los Anjelesdə yaşayır. O. mühacirət rəsmilərinin onun deportasiyasına dair sənədi imzalamağa məcbur etdiklərini deyir. “Mən onlara oxumadığım sənədə imza atmayacağımı söylədim. Onlar isə dedilər yox, imzalamalısan. Bu halda prosesin sürəttləndiriləcək.”

Los Anjelesin insan haqlarının müdafiəsi koalisiysının fəalı Ksiomara Korpeno nəzarətdə olan uşaqların kim tərəfindən müdafiə ediləcəyi barədə sual qaldırıb. “Əgər böyüklərin üstünə çığırılır, təhqir edilirsə, uşaqlara münasibət necə ola bilər?”

ABŞ rəsmiləri sığınacaq axtaran insanlara lazımi münasibət göstərildiyini bildirir. Bəziləri ailələrinin himayində yer tapırsa, bir çoxları deportasiyaya məruz qala bilər.

Prezident Obama Konqresdən böhranın həlli üçün 2 milyard dollar ayrılmasını tələb edir. Nümayəndələr Paltasının respublikaçı lideri Con Beyner islahatlarla bağlı qanunun bu il təsdiq edilməyəcəyini deyir. O, respublikaçıların əvvəlcə sərhədlərin müdafiəsinin gücləndirilməsini istədiyini bilririr.

XS
SM
MD
LG