Accessibility links

ABŞ-da uzunömürlülüyün artım tendensiyası başa çatmaqdadır


ABŞ-da uzunömürlülüyün on illərdir artım tendensiyası başa çatmaqdadır. Belə ki, ötən ilin göstəriciləri 4 il əvvəllə müqayisədə xeyli aşağı olub.

İkinci Dünya Müharibəsindən sonra Amerikada ömürlər tibbi inkişaflar, ictimai səhiyyə kampaniyaları, daha sağlam qidalanma və maarifləndirmə sayəsində artmağa başlamışdı.

Lakin ötən il 1993-cü ildə QİÇS epidemiyasının yayılması, 1980-ci ildə qripin təsirləri kimi ömür uzunluğunun azalmasına ciddi səbəb olmayıb.

2015-ci ildə ölüm hallarına səbəb olan xəstəliklərin sayı 8-dən 10-na qalxıb. Səhiyyə ekspertlərini bu tendensiyada inkişaf olmayacağı narahat edir.

“4 il ərzində daha qorxulu mənzərə ilə üzləşilib” - deyə İllinosz-Çikaqo Universitetinin alimi S. Cey Olşanski bildirib.

2015-ci ildə Amerikada doğulanların həyat uzunluğunun 78 il 9 ay yarım olacağı təxmin edilir. Bu proqnozlaşdırmanı ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi irəli sürür.

2014-cü ildə doğulanların 1 ay artıq yaşayacağı deyilir. 2012-ci il təvəllüdlülər isə cüzi fərqlə daha artıq yayacaq. 1950-ci ildə doğulanların ömür uzunluğu 68 illə ölçülür.

Dünya Bankının bildirdiyinə görə, amerikalıların ömrü onlarla digər ölkədən daha aşağıdır. Ən uzun ömür, 84 yaşa yaxın göstərici Yaponiyanın payına düşür.

2015-ci ildə ölənlərin sayı 2.7 milyon təşkil edib. Bu, bir il əvvəllə müqayisədə 86 min əlavə ölüm deməkdir.

XS
SM
MD
LG