Accessibility links

ABŞ senatoru Ted Kruz prezidentliyə namizədliyini irəli sürüb


ABŞ senatoru Ted Kruz 2016-cı ildə prezident seçkiləri üçün namizədliyini Respublikaçı Partiyasından irəli sürüb.

Cənab Kruz namizədliyini təqdimat videosu vasitəsiylə Twitter hesabından açıqlayıb. O, namizədlik barədə rəsmi açıqlamasını bazar ertəsi günü Liberty Universitetində elan edəcək.

44 yaşlı senator prezident Barak Obamanın səhiyyə islahatlarına qarşı çıxdığı üçün mühafizəkar Çay Partiyası hərakatının ən sevimli namizədidir.

Anası amerikalı və atası Kuba əsilli olan Kruz seçildiyi təqdirdə ilk ispan mənşəli prezident olacaq.

Respublikaçı Partiyasından olan digər iddialıların namizədliklərini gələn həftə açıqlayacağı gözlənilir. Onlar arasında Florida qubernatoru Ceb Buş, Viskonsin qubernatoru Skot Valker, sabiq Texas qubernatoru Rik Perri, Kentaki senatoru Rend Pol və Florida senatoru Marko Rubi var.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG