Biz Kati Biskotti ilə Yeni İl günü görüşdük.
Kati Biskotti: Mənim 51 yaşım var. Baltimorda boya-başa çatmışam. Mənim atam usta olub, anam isə tibb bacısı. Mən əldə etdiyim hər şey üçün həyatım boyu işləmişəm.
Kati ofis köməkçisi işini altı ay əvvəl itirib. O, axırıncı işsizlik məvacibini dekabr ayının 31 alıb.
Kati Biskotti: Mən 332 dollar almışam və indi mən nə edəcəyimə qərar verməliyəm. Əgər mən ev kirayəsini ödəsəm, o zaman mənim heç pulum qalmayacaq.
Kati Biskoti, eyni dilemma ilə çarpışan 1.3 miliyon amerikalıdan biridir. Konqres onlara ayrılan işsizlik məvacibinin dekabrın 28-ə qədər davam etməsinə icazə vermişdi. Çünki mühafizəkar qanunvericilər standart 26 həftəlik işsizlik müavinətinin uzadılmasının insanları iş axtarmaq istəklərini azaldacağını deyir.
Respublikaçı Rand Paul onlardan biridir.
Rand Paul: Əgər siz bunu uzadarsızsa, onda bu işçilərə yaxşılıq etmirsiz.
Ancaq işsizlərin müdafiəçiləri bunun doğru olmadığını deyir. Milli Əmək Hüququ Lahiyəsindən icraçı direktor Kristin Ovns bildirib ki, işsizlik müavinəti alan dörd miliyon amerikalı işləmək istəyir.
Kristin Ovns: Onlar evlərində oturub televizora baxan və konfet yeyən insanlar deyillər. Onlar əvvəllər işləmiş və indi də iş axtaran insanlardır.
Kati üçün bu həftədə 10- 20 iş müraciəti deməkdir.
Kati Biskotti: Mən dünən bir işə müraciət etdim. Həmin iş üçün 865 nəfər müraciət edib.
Biskotti işsizlik müavinəsi almadığı təqdirdə evsiz, ərzaqsız, hətta iş müsahibələrinə getmək üçün yol pulunun olmayacağından qorxur. Onun yeni il arzusu iş tapmaqdır.
Kati Biskoti: Mən 2014-cü ildə hər şeyin yaxşı olacağına və iş tapacağıma ümid edirəm. Ancaq mən özümü çox naümid, əlacsız hiss edirəm.
Qanunvericilər uzun müddətli işsizlik müavinətlərini 11 dəfə uzadıb. Qanunvericilər bayram tətilindən qayıtdıqdan sonra Prezident Barak Obama Konqresin bunu bir qədərə də uzatmağı təkid edir.
Barak Obama: Mən düşünürəm ki, biz yaxşı ölkəyik. Biz bir-birimizi çətin gündə darda qoymarıq.
Hər iki partiyanı təmsil edən qrup Konqres fəaliyyətini bərpa etdikdən sonra müavinətləri əlavə üç ay uzatmağı nəzərdən keçirəcək. Ancaq onlar müsbət nəticənin çətin olacağını deyir.
Işsizlik müavinətinin uzadılmasını dəstəkləyənlərin sayı iqtisadiyyat yaxşılaşdıqca azalıb. Ancaq yeni iş yerlərinin açılmasına baxmayaraq işsiz 27 həftə qalan amerikalıların sayı rekord səviyyədədir. Bu rəqəm işsiz amerikalıların 40 faizini təşkil edir.