Accessibility links

Amerikalı macəraçı Antarktidanı heç bir yardım almadan təkbaşına keçib


Amerikalı macəraçı dünyada Antarktidanı heç bir yardım almadan təkbaşına keçən ilk şəxs olub. 33 yaşlı Kolin Obredi 54 gün ərzində buzlu qitənin 1.600 kilometrlik məsafəsini qət edib.

"Mən məqsədimə nail oldum. Antarktidanın bir sahilindən digərinə dəstəksiz və yardımsız solo səyahət edən ilk şəxs oldum" - deyə, Obredi 77.5 millik final turunu 32 saat ərzində başa vurduqdan sonra Instagram səhifəsində yazıb.

"32 saat həyatımın ən ağır saatları olsa da, açığını deyim, bu, mənim təcrübəmdə ən gözəl anlar idi" , o bildirib.

Bu, Antartidanın insan tərəfindən ilk keçmə halı deyil. Bundan əvvəlki səyahətlərdə insanlara dəstək verilib, yardmlar göstərilib.

2016-cı ildə britaniyalı səyyar Henri Uorli təkbaşına səyahət edərkən həlak olub. Onun dostu Luiss Radd hazırda dostunun xatirəsi olaraq Antarktidanı təkbaşına keçməyə çalışır.

Оbredi 170 kiloqramlıq ləvazımatı daşımalı olub.

O, noyabrın 18-də yazıb ki, gecə boyu davam edən çovğundan sonra 8 saat 48 km/saat sürətlə əsən küləyə qarşı gedib.

Obredi bəzən bu işi yarıda buraxmağı belə düşündüyünü bildirib.

XS
SM
MD
LG