Accessibility links

Amerikalı hindlilər işsizliyin çarəsini ali təhsildə görür [Video]


Amerikalı hindular ali təhsilə can atır
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Amerikalı hindular ali təhsilə can atır

Amerikalı hinduların rezervasiyasını ziyarət edən dördüncü prezident olaraq ABŞ prezidenti Barak Obama tayfa icamalarının təhsilini təkmilləşdirməyi adminstrasiyası üçün əsas prioritet elan edib. Bu məsələni tayfa liderləri dekabrın 3-də Vaşinqtonda hər il keçirilən Ağ Ev konfransına toplananda müzakirə edəcəklər.

Tələbələrin əksəriyyəti ailələrində ali təhsil alan ilk insandır, ona görə də bu tələbələrin çox təcrübələri yoxdur

Sitting Bull College universitetinin ekoloji elmlər fakültəsinin ilk magistratura tələblərindən biri olan Luis Walking Elk bu elmi dərəcəni rezervasiyalarda yaşayan hindulara kömək etmək üçün istifadə edəcək. Luis ailəsinin ali təhsil alan ilk üzvlərindən biridir.

“Mənim anam və atam ömrüm boyu məni həvəsləndiriblər. Əsasən də atam. O, özü orta məktəbi bitirməyib, ona görə də mənə ‘sən bu həyatda nəyisə bacarmalısan’ deyirdi.”

Şimali Dakotanın ucqar nöqtəsində yerləşən “Standing Rock” rezervasiyasının Sitting Bull College universiteti Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən 30 tayfa universitetindən biridir.

Federal hökümət tərəfindən maliyyələşdirilən bu universitetin tələbə prezident Dakota Kidder daxil olmaqla, 300 tələbəsi ölkə statistikasını dəyişdirməyə çalışır. Stastistikaya əsasən, amerikalı aborigenlərin yalnız 10 faizi ali təhsillidir. Bu göstərici orta ölkə statistikasının yarısı qədərdir.

“Rezervasiyalarda bizim çox sayda problemimiz var. Sitting Bull College universiteti tələbələrinin dərsə gələ bilmələri üçün bacardığı qədər hər şeyi etməyə çalışır. Bunların sırasına nəqliyyat, tələbələrin uşaqları üçün bağça təşkil etmək və bir sıra digər yardım daxildir.”

Universitetin prezidenti Laurel Vermillion üçün daha çox amerikalı hinduları univesitetə göndərmək missiyası çox vacibdir.

Şimali Dakotada hazırda 22 minlə 25 min arası iş yeri var, amma bu iş yerlərini doldurmaq üçün Şimali Dakotanın kənd yerlərində kifayət qədər işçi yoxdur.

“Tələbələrin əksəriyyəti ailələrində ali təhsil alan ilk insandır, ona görə də bu tələbələrin çox təcrübələri yoxdur. Onların onlara universitetlə bağlı məlumat verən valideyinləri yoxdur. Ona görə də onlar qoruqlardan çıxıb böyük şəhərlərdə yerləşən ümumtəhsil müəssisələrinə gedəndə onlara çətin olur.”

Vermillion bildirir ki, əksər gənc hindular, əsasən də, gənc oğlanlar həyatda bir məqsəd və istiqamət axtarırlar.

“Texniki proqamının yaratdığı qaynaq və neftçıxarma dərsləri vasitəsilə universitet daha çox kişi tələbə cəlb etməyə çalışır. Hazırda universitetdə qadınlar kişirələ nisbətən 70:30 nisbətində çoxluq təşkil edirlər.”

Şimali Dakotanın Hind İşləri Komissiyasının icraçı direktoru Skot Deyvis bu fərqi aradan qaldırmaq üçün çalışır. O, tayfa universitetlərinin işçi qüvvəsinin inkişaf proqramlarını başlatması üçün milyonlarla dollar vəsait almasına yardım edir.

“İş çoxdur. Əsasən də Şimali Dakotada hazırda 22 minlə 25 min arası iş yeri var, amma bu iş yerlərini doldurmaq üçün Şimali Dakotanın kənd yerlərində kifayət qədər işçi yoxdur. Digər tərəfdən isə bəzi tayfalarda yüksək işsizlik problemi yaşanılır.”

Deyvis tayfa universitetlərini rezervasiyalar üçün “parlayan mayak” adlandırır. Bu mayak gənc hindulara yoxsulluq yox, imkan dolu həyat ümidi bəxş edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG