Accessibility links

ABŞ-ın böyük şəhərlərində nümayişlər davam edir


Nümayişçilər polisin qara dərililərə qarşı rəftarına etiraz edir

ABŞ-da silahsız qaradərili gənci öldürən ağ polis zabiti barəsində Münsiflər Məhkəməsinin heç bir ittiham irəli sürməməsinə etiraz əlaməti olaraq nümayişlər davam edir. Dünən və bu gün nümayişçilər Nyu-York, Vaşinqton, Çikaqo, Detroyt, Los Anceles, Hyuston və Sietl da daxil olmaqla, ABŞ böyük şəhərlərində küçələrə çıxıb.

Nümayişçilər böyük mağazaların döşəmələrinə uzanaraq "ölümü" canlandırıb və yolları bağlayıblar.

Kaliforniya ştatının Berkli şəhərində nümayişlər zorakı xarakter alıb. Polislə qarşıdurma yaradan maskalı etirazçılar bəzi mağazaların şüşələrini sındırıblar. İnsident zamanı iki tranzit dayanacaq da fəaliyyətini dayandırıb.

Prezident Barak Obama söz verib ki, polislə azlıqlar arasındalı qarşılıqlı inamsızlığı aradan qaldıracaq.

Nyu-Yorkda da polis işçilərinin azlıqlara qarşı zorakılığına etiraz olaraq keçirilən nümayişlər beşinci gündür davam edir.

Dünən polis zabiti tərəfindən keçən ay qətlə yetirilmiş qara dərili şəhər sakininin dəfn mərasimi olub. Noyabrın 20-də polis zabiti üzərində silah olmayan 28 yaşlı Akay Qurleyi güllə ilə vurub öldürüb. Bruklin dairəsinin vəkili Münsiflər Məhkəməsinin Piter Lianqa qarşı ittiham irəli sürülməsini nəzərdən keçirir.

Nyu-York şəhər rəsmiləri nümayişlər zamanı 20 nəfərin həbs edildiyini bildirib.

Nümayişçilərin əsas küçələrdən birini bağlamağa cəhd göstərdikləri və ictimai asayişi pozduqlarına görə həbs edildiyi deyilir.

Nümayişlər həftənin çərşənbə günü Nyu-York şəhərinin Münsiflər Məhkəməsinin ağ irqə mənsub pois zabiti Daniyel Pantaleona qarşı cinayət törətməkdə şübhəli bilinən qara dərili silahsız Erik Qarneri öldürməklə bağlı ittiham irəli sürülməməsi barədə qərarından sonra başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG